Page 516 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 516
Ïàòðèê Ìîäèàíî

birlikdә heç bir izahat vermәdәn çıxıb gedib. O, mәnim üçün bir
paket qoymuşdu, içindә yüzfranklıq әsginaslarla min frank vә iri
hәrflәrlә yazdığı “Tәşәkkür” sözü vardı.

Onun gedişindәn çox kәdәrlәndim... Qәribә maneradır – belә
qәfil yoxa çıxmaq... Bütün sonrakı günlәr mәn madam Əl-Kütub
vә onun iti haqda, Silvi vә atam barәdә çox düşünürdüm. Bir
axşam necә oldusa, ayaqlarım mәni vağzalın yanına, ordan da
Poçt küçәsindәki kafeyә gәtirdi.

Bob Brün piştaxta arxasında hesab kitabına baxır, kafeni
bağlamağa hazırlaşırdı. Mәni görәndә sevindi, dedi ki, әsl vaxtında
gәlmişәm. O, atama mәxsus olan bәzi şeylәr tapıbmış vә istәyirmiş
ki, mәnә versin. Qәhvәyi dәridәn sakvoyaj. İçindә kitablar,
fotoşәkillәr, revolver vә bir qutu patron vardı. Revolveri çıxaranda
dedi ki, atam ondan hәm müharibәdә, hәm dә sonralar istifadә
edirmiş. Əla atıcıymış. Bob Brün bu revolverin, daha doğrusu,
“avtomatik tapançanın” necә işlәdiyini mütlәq göstәrmәk istәyirdi
mәnә. Silahdan xoşum gәlmәsә dә, onu diqqәtlә dinlәdim. Axı
tanımadığın atanı başa düşmәk istәyirsәnsә, onun izinә düşüb
getmәyә, onun hәrәkәtlәrini tәkrarlamağa çalışmalısan. Lakin
şәkillәrin çoxunda atam bir qadınlaydı. Anamla isә bircә şәkli dә
yox idi...

Axşamlar onun çantasından çıxan vә çox güman ki, bir
zamanlar oxuduğu kitabları oxumağa başladım: “Balıqçı Pişiyin
küçәsi”, “Mermozun hәyatı”, “Alpinistin mәlumat kitabı”,
“Gizlәnmәyin qaydaları”.

Vә bir dә solğun-yaşıl üzü olan lap nazik kitab – iki sәtrini
işarәlәdiyi “19-cu әsrin poeziya antologiyası”.

Xatırlarsan kәdәrlә,
Keçib-gedәn günlәri...
Amma bunların heç biri atamı daha yaxşı tanımağıma kömәk
etmәdi...
   511   512   513   514   515   516   517   518   519   520   521