Page 513 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 513
Òàíûìàäûüûìûç ãàäûíëàð 513

әrkyana, yaxın bir adamım kimi danışdı, elә bil qızı, ya da nәvәsi
idim; qәribә lәhcәsi dә vardı – portye bu lәhcәni “Paris әtrafının
lәhcәsi” adlandırırdı. O, mәnә hәm dә bir sirr açdı: qadın iyirmi
ildәn artıq rәqqasә işlәmişdi. Hal-hazırda dul idi.

***

Onunla keçirdiyim iyul ayı hәmin yayın mәnim üçün yeganә
işıqlı dövrü oldu. Demәliyәm ki, indiki işim ötәn mövsümlәrdә
xalamla birgә villalarda çalışdığım yorucu işdәn vә bütün günü
ayaq üstә qalmalı olduğum çay salonundakı işimdәn tәbii ki,
çox-çox yüngül idi.

Mәn madam Əl-Kütubun itini gәzdirirdim; boksyor cinsindәn
idi, sahibә onu Quldur Bobbi çağırırdı vә tez-tez deyirdi ki, onun
sifәtindәn “quldurluq” yağır. Bundan savayı mәn “İmperial”
restoranının gölә açılan geniş terrasında nahar edәrkәn madam
Əl-Kütuba yoldaşlıq elәmәliydim. Buna qәdәr isә köpәk üçün
yem hazırlayır, onu otaqda yedirdir vә restorana, sahibәnin yanına
gәtirirdim. Saat dörddәn yeddiyә qәdәr iti yenә gәzdirirdim.
Sonra madam Əl-Kütubu kazinoya ötürürdüm. Orda axşam on
birәdәk qalırdı – portye mәnә izah etdi ki, bakkara oynayırmış.
On birdә mәn madam Əl-Kütubu kazinonun qabağında qarşılayıb,
“İmperial”a ötürürdüm. Burda mәnә bir zәrf verirdi vә mәn hәr
dәfә bu zәrfin içindәn üç dәnә yüzfranklıq әsginas tapırdım. Vә
bir dә mavi rәngdә, yuxarı sol küncündә ünvan yazılmış kağız:

ELYETT ƏL-KÜTUB

1. Marşal Monuri avenyusu
Paris 16.
Kağızın üstündә köndәlәninә iri hәrflәrlә yazılmış bir söz dә
olurdu:
“Tәşәkkür”.
   508   509   510   511   512   513   514   515   516   517   518