Page 508 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 508
Ïàòðèê Ìîäèàíî

Vә yataq otağının divarından asılmış, özünün dediyi kimi, “ana-
canının” şәkli... Anam mәni heç vaxt müdafiә etmәyib. Cәmi
bircә dәfә mәni pansiona ötürmәli olanda, saat yeddi әvәzinә üç-
dә aparmışdı ki, canını tez qurtarsın. Hәr bazar mәn özümә iki
dәnә qara şokolad alırdım, çünki bu pansionda sözün әsl mәnasında
acından qırılırdıq. Hәmin bazar günü әrinә dedi ki, maşını çörәk
dükanının qabağında saxlasın, girib şokolad alaq. Kassaya ya-
xınlaşanda, bir dә baxdı ki, yanında pulu yoxdur. Mәn fikirlәşdim
ki, indi bayıra çıxıb, әrindәn pul alacaq. Amma o, utana-utana
mızıldadı:

– Ona heç nә demә... Sәnә şokoladı gәlәn dәfә alaram.
Ərindәn pul istәmәkdәn xoşu gәlmirdi. Amma yәqin fikirlәşdi
ki, burda da qәnaәt elәsin, amma mәn dә ac qaldım. Onun üçün
mәnim heç bir dәyәrim yox idi. Bu şokolad әhvalatı mәni içimә
kimi sarsıtdı.
– Nәsә kәdәrlәndiniz elә bil, – Orsini dedi.
Onların üçü dә mәnә baxırdı. Qaelin gözü ayaqqabılarımda idi.
– Gәrәk özünә tәzә ayaqqabı alasan...
Bilmirәm, mәnә sәliqә öyrәtmәk istәyirdi, yoxsa ağlına gәlәni
danışırdı ki, aradakı gәrginlik yox olsun.
– Bax, “Sedrik”dә әla ayaqqabılar olur... Sabah göstәrәrәm
sәnә...
Axırda onlar rәqsә başladılar. Qaellә Lafon. Sonra o, Orsiniylә
oynadı. Mәn dә dedim ki, bacarmıram. Lafon da, Orsini dә çox
israr etdilәr, mәn imtina elәdim. Mәn artıq onlara qulaq asmırdım.
Ancaq musiqiyә qulaq asırdım – çox kәdәrli, sakit musiqiyә vә
mәnә elә gәlirdi ki, o musiqi içimdә sәslәnir. Sәs-küydә eşidә
bilmәdiyin, amma çox sonralar qәflәtәn hardansa peyda olub,
başqa sәslәrin altında әzilәnәdәk qәlbindә yaşayan musiqi... On-
ların sifәti gözlәrimin qarşısında әyilir, pozulurdu, onlar dodaqlarını
tәrpәdәrәk bir-biriylә danışırdılar, amma mәn bircә sәs belә
   503   504   505   506   507   508   509   510   511   512   513