Page 503 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 503
Òàíûìàäûüûìûç ãàäûíëàð 503

mәrtәbәsindәn işıq gәlir, masa arxasında oturmuş insanların
silueti görünürdü. Bu bir klub idi, xalamla mәnim işlәdiyimiz
әtraf villaların sahibi olan bir neçә qadın hәftәdә bir dәfә burda
toplaşıb bric oynayırdılar. İşıq kinoteatrın girişindә yanırdı.
Fәvvarәni artıq söndürmüşdülәr. Dayanacaqda bir dәnә dә maşın
yox idi. Sakitlik. Adama elә gәlirdi ki, mәndәn vә pәncәrә arxa-
sındakı kölgәlәrdәn başqa bütün şәhәr elә bil ölüdür. İçimdә bir
boşluq hiss edirdim. Vücuduma yenә qorxu doldu. Mәn bu ölü
şәhәrdә tamam tәk idim, sığınmağa yerim yoxdu. Heç Silvigilә
dә gedә bilmәzdim. Valideynlәri vardı. Onlara izah etmәli ola-
caqdım hәr şeyi. İstәmirdim adıma xәlәl gәlsin. Bәlkә bütün
bunlar yuxudur vә mәn indicә oyanacam? Amma harda oyana-
caqdım axı? Yenә pansionun dortuarında?..

Kral küçәsiylә irәlilәdim, ümid edirdim ki, kafedә atamı
tanıyan Bob Brünu tapım. Xahiş edim, mәnә kömәk göstәrsin.
Addımlarımı sürәtlәndirdim, sakit, müntәzәm nәfәs almağa
çalışırdım. Lakin panika yaxamdan әl çәkmirdi. Poçt küçәsi. Kafe
bağlı idi. Geriyә döndüm. Addımlarımın sәsi boş küçәdә cingiltili
әks-sәda verirdi. Bura heç qaranlıq deyildi. Kitab mağazasının
vitrinindә işıq yanırdı. “Anqleter” hotelinin girişindә dә.

Mәn Pakye bulvarını düz “Taverna”ya kimi keçdim. Bir dә
gördüm tağların altındayam. “Voks”un girişi dә işıqlandırılmışdı.
Kassanın pәncәrәsindә bilet satan qadın oturmuşdu. Mәn yoluma
davam etdim, hara getmәyimin fәrqi yox idi. Başım gicәllәnirdi.
Tağlar sağa gedirdi, elә mәn özüm dә. Ayaqqabılarımın dabanı
Kral küçәsindәkindәn dә bәrk taqqıldayırdı.

Çönüb, geri qayıtdım, “Taverna”ya sarı. Pәncәrәdәn boylandım.
Kafe boş idi. Yalnız lap içәrilәrdә üç nәfәr oturmuşdu. Bar
stulundakı qızı tanıdım – sarışın Qael, biz onunla Müqәddәs
Annada oxumuşduq. Qael onda da bәzәk-düzәyindәn qalmırdı.
Amma indi Kral küçәsindәki әtriyyat dükanında işlәyirdi.
   498   499   500   501   502   503   504   505   506   507   508