Page 507 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 507
Òàíûìàäûüûìûç ãàäûíëàð 507

Biz maşında eynәn elә bayaqkı qaydada oturmuşduq. Qael
mәnә sarı çöndü:

– Sәn pansion barәdә narahat olma. Qabaqda bütöv bir gecә
var... Mәn dә sәhәr sәkkizdә işә getmәliyәm...

Maşın yerindәn tәrpәndi. Lafon bizi Vojl küçәsinә, “Sentra”ya
aparmaq istәyirdi. Orsini әliylә çiynimi bayaqkı kimi qucaqlamışdı.

Ətrafda kimsә görünmürdü. Bir dәnә dә olsun maşın yox idi.
“Kazino” kinoteatrının girişindәki, ikinci mәrtәbәdәki işıq da
artıq sönmüşdü. Mәn kimsәsiz, dümdüz Albinya xiyabanını
maşının işığında görәndә, tәzәdәn panikaya düşdüm.

Vojl küçәsi qaranlıqdı. Yalnız “Sentra”nın girişindә solğun-
qırmızı lampa yanırdı. Bizi görәndә piştaxta arxasındakı adam
diksindi, sanki yuxudan oyanmışdı.

– Artıq bağlamağa hazırlaşırdıq...
– Bax, görürsünüz! – deyә kefikök Lafon dillәndi. – Son anda
hәmişә xoş sürprizlәr baş verir...
Vә biz masa arxasına keçdik. İçmәk istәyirdim ki, qorxum
dağılsın, ona görә dә viski istәdiyimi dedim. Qael mәni himayә
edәn birisiymiş kimi, әrklә saçlarımı qarışdırdı.
– Aha, sәn dә başladın! Heç olmasa sodalı suyla iç...
Mәn bakalımı onlarınkı ilә toqquşdurub, iri bir qurtum aldım.
Viskinin dadı acı idi, amma әvәzindә canıma dolmuş qorxu bir
göz qırpımında uçub getdi.
Daha danışmağımıza ehtiyac yox idi – piştaxta arxasındakı
kişi musiqi qoşmuşdu. Qael yanağını Lafonun çiyninә yapışdırmışdı
vә mәnә göz vururdu ki, özümü Orsini ilә eynәn o cür aparım.
Mәn hәr şeyә hazır idim, tәki içimi bir dә qorxu didmәsin.
Gözüm barın üstündәn asılmış, üzәrindә “Uşaqları әyyaşlıqdan
qoruyaq!” sözlәri yazılmış plakata sataşdı. Gülmәyim gәldi. Bax,
mәni kim qoruyacaq, hә? Beynim elә bil qarışmışdı. Talluardakı
villada yanımda uzanıb, mәnә “Toledoda gecә” oxuyan oğlan...
   502   503   504   505   506   507   508   509   510   511   512