Page 511 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 511
Òàíûìàäûüûìûç ãàäûíëàð 511

maslennitsa vә Pasxa tәtillәrindә daha çox olurdu. İndi artıq qara
önlük, köynәyindә qırmızı zehi olan mәktәbli forması deyil,
ofisiant kostyumu geyirdim – enli, qara әtәk vә ağ krujeva önlük.
Bütün günü eyni hәrәkәtlәr. Eyni sözlәr. Artıq dortuar, dәrs,
ibadәtgah yox, şokoladlı eklerlәr, südlü çay, espresso, püstәli-
çiyәlәkli dondurma, badamlı pirojna, “Bir az da şәkәr, madmazel!”
vardı... Axşamlar işdәn sonra küçәlәri gәzmәkdә, kinoya-zada
getmәkdә tam azad idim. Hәmin o qış vә bahar axşamları
kimsәylә görüşmürdüm. Tәkliyә üstünlük verirdim. Pansionda
düz beş ilimi yad adamların arasında keçirmişdim, bircә dәqiqә
dә tәk qalmırdım. Nә edirdimsә, mütlәq qrup şәklindә, birlikdә
olurduq – yemәk dә, yuxu da, yuyunmaq da... Bax, buna görә
әvvәl-әvvәl ayrıca otağım olduğuna sevinmәkdәn doymur vә hәr
dәfә gecәlәr xәyalıma gәtirәndә ki, yenә ümumi yataq otağında,
göy lampaların işığında uzanmışam, qorxudan diksinirdim. Tәlәsik
işığı yandırırdım ki, sakitlәşim. Yox, şükür ki, hәr şey yaxşıdır vә
pansionla birdәfәlik qurtarmışam.

Axşamlar gәzmәyә, istәsәydim şәhәr parkına, Mars düzәngahına,
Albinya xiyabanına, yәni turistlәri cәlb edәn, qarşısında gölün
mәnzәrәsi açılan yerlәrә dә gedә bilәrdim. Amma sövq-tәbii ilә
mütlәq әks sәmtә gedirdim. Ayaqlarım mәni Vağzal meydanına
aparırdı. Gecәyә yaxın vağzal binasına girib Paris qatarlarının
yola düşdüyü perrondakı skamyaya әylәşirdim. Xәyala dalırdım
ki, guya indicә, belә qatarların birinә minәcәm vә bu anadәk
hәyatımda nәlәr baş veribsә, hamısını burda qoyub gedәcәm.
Lakin Silvi mәni atmışdı vә Parisә gәlәndәn sonra mütlәq ordan
da başqa bir ölkәyә gedәrdim – elә bir yerә ki, orada fransızca
danışmasınlar vә mәn keçmişimdәn uzanan bütün körpülәri
birdәn yandırmış olum...

Sonra otağıma qayıdırdım. Yolda, Kral küçәsindә ürәyim sıxıl-
mağa başlayırdı. Yox, görünür, ömrümün sonuna kimi bu şәhәrdә
   506   507   508   509   510   511   512   513   514   515   516