Page 515 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 515
Òàíûìàäûüûìûç ãàäûíëàð 515

saxlayıb, mәnә qәribә tәrzdә baxırdı. Elә bil mәni ciddi qәbul
etmir vә inandırmaq istәyirdi ki, hәr ikimiz onun sahibәsinin
etibarlı әllәrindәyik. Nә deyim, tәki bu günlәrim elә hey uzanaydı.
Ansidә axşam saat onda iti tez-tez daha uzun gәzintilәrә çıxarırdım.
Onunla Vağzal meydanınadәk gedirdik. Qayıdanda boğazına
zәncir taxıb, ucundan tutası da olmurdum. Görünür, o da hәyatdan
elә madam Əl-Kütubun özü kimi, pis baş çıxarmırdı.

Bizi Lozannaya aparan taksidә xanım mәnimlә çox sәmimi
söhbәtlәr edirdi, hәyatımla maraqlanırdı. Bir dәfә isә әlini çiynimә
vurub, tәbәssümlә dedi:

– Hә, balaca, görürәm ki, elә sәn dә Elyett Əl-Kütubun xәmi-
rindәn yoğrulmusan...

Onda anlamadım ki, nәyi nәzәrdә tutur. İzah elәdi ki, ömrü
boyu kişilәr yan-yörәsindәn әl çәkmәyәrәk, ondan yarınmağa
çalışıblar vә zahirәn bәnzәmәsәk dә, ona elә gәlir ki, mәni dә
eyni qismәt gözlәyir. Mәnim yaşımda o sarısaç, zümrüd gözlü
qız olub. İstәyirdi mәnә bir neçә yaxşı mәslәhәt versin, amma
ehtiyatlanırdı ki, bunun heç bir xeyri olmayacaq: onun gәnc
olduğu zamanlardan bәri dünya yaman dәyişib. Kişilәr elә bil әsl
kişi deyillәr; xәsis, qәlbiqaradırlar. Hamısı da lüt. Ona dedim ki,
mәni pul yox, BÖYÜK MƏHƏBBƏT maraqlandırır.

– Bilirsәn ki, pulun böyük mәhәbbәtә ziyanı yoxdur?
Bunu dedi vә birdәn fikrә gedib kәdәrlәndi. Lozanna yolunda
taksi sürücüsü, adәtәn radionu qoşurdu. Hәmin yay hәr ikimizin
– hәm madam Əl-Kütubun, hәm dә mәnim çox xoşumuza gәlәn
bir mahnını tez-tez verirdilәr:
Mәhәbbәt gündәn qısa, gündәn qısadır yaman,
Gün gәldi, keçdi birdәn, mәhәbbәti apardı...

***

Bir sәhәr mәn hotelә gәlәndә, portye mәnә xәbәr verdi ki,
madam Əl-Kütub daha burda yaşamır. Gecә Quldur Bobbi ilә
   510   511   512   513   514   515   516   517   518   519   520