Page 510 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 510
Ïàòðèê Ìîäèàíî
kimi intizar çәkdiyin, әsas yoldan kәnarlarda süründüyün bomboz
hәyat bitdi.
Kimsәsiz küçәlәrlә irәlilәyәrkәn mәnә elә gәldi ki, maşın
sürәtini getdikcә yavaşıdır vә yenә bayaqkı musiqini eşidirәm.
O, “Anqleter”in girişindә saxladı. Biz çınqıllı cığırla holla
keçdik. Portye yerindә deyildi. Mәn Orsininin dalınca yuxarı
qalxdım. İkinci mәrtәbәnin dәhlizindә gecә işığı yanırdı. Açar
nömrәnin qapısındaydı. O, mәni qabağa buraxdı. Geniş, alaqaranlıq
otaq. Otağın dәrinliklәrindә işıqlı bir düzbucaq – vanna otağının
açıq qapısı. Sol küncdә Qaellә Lafon divanda uzanmışdılar,
amma onları zorla seçirdim. Qael getdikcә daha ucadan inildәyirdi.
Orsini qapını kilidlәyib, mәni söykәnәcәyi mis barmaqlıqlardan
olan çarpayının yanına apardı. Hәr şey bitәndәn sonra mәnә
tәәccübünü bildirdi. Onun sözlәrinә görә, heç bakirә deyilmişәm.
***
Belәliklә, mәn daha pansiona qayıtmadım vә bir dә nә anamı,
nә xalamı görmәdim. Elә böyük itki deyildi! Atamın köhnә dostu
Bob Brün mәnә Göl küçәsindәki tağların altında yerlәşәn çay sa-
lonunda ofisiant işi tapdı. Mәni elә hәmin binada, amma yuxarı
mәrtәbәdә xırda bir otağa apardılar, burda yaşayacaqdım.
Yanvarda Silvi Parisә getdi. Mәnә deyirdi ki, Vojirar mәhәl-
lәsindә, әmisigilin yanında işlәyәcәk vә çoxdan düşündüyümüz
kimi, mәni dә yanına aparacaq. İki hәftәdәn sonra ondan poçt
kartı aldım: “Hәr şey yaxşıdır. Tezliklә görüşәrik. Öpürәm”.
Ünvanını göstәrmәmişdi. Paris ştempelindә belә yazılmışdı:
“Renod küçәsi”. Bundan başqa ondan heç bir xәbәr-әtәr çıxmadı.
Yәqin, unutmuşdu mәni.
Qış artıq arxada qalmışdı, günlәr bir-birinin ardınca yeknәsәq
bir düzәnlә keçib-gedirdi. İş günlәri çay salonuna demәk olar ki,
heç kim gәlmirdi. Müştәrilәr әsasәn, şәnbә vә bazar günlәri,