Page 497 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 497
Òàíûìàäûüûìûç ãàäûíëàð 497

biri orda, Vojirar mәhәllәsindә kafe işlәdirdi. Bu ad mәnim dә
içimdә qәribә, dumanlı arzular oyadırdı.

Bәs özüm? Silvi soruşurdu ki, pansionda hәlә çox qalacam.
Ümid edirdim ki, qalmaram. İstәyirdim mәn dә onun kimi prefek-
turada işlәyim vә daha xalamdan asılı olmayım. Biz gәlәcәk
barәdә cürbәcür planlar qururduq. Gәlәn il Silvi bir şey fikirlәşәcәkdi
ki, burdan qopub, Parisә getsin. Orda otaq tutacaqdı vә onda mәn
dә onun yanına gedәcәkdim, Vojirar adlanan mәhәllәyә.

Biz әlbәttә ki, axşamlarımızı da “Taverna”ya yığışanların
arasında keçirә bilәrdik, – bu oğlanlar bizi mәmnuniyyәtlә şama
da dәvәt edәrdilәr, hәlә bir Cenevrәnin gecә kabarelәrinә dә
aparardılar. Amma bizә bir-birimizlә münasibәt saxlamaq daha
xoş idi.

Silvi mәndәn daha ağıllı idi. O yalnız bir şey istәyirdi – çıxıb
getmәk vә Vojirar mәhәllәsindә yaxşı bir işә düzәlmәk. Mәn isә
ona deyirdim ki, Parisә ancaq BÖYÜK MƏHƏBBƏTİMİ tapmaq
üçün gedәcәm. Burda tapa bilmәyәcәm onu. Onun buna gülmәyi
gәlirdi.

Saat doqquzda biz kinoya gedirdik. Gah “Splendid”ә, gah da
Sommelye küçәsinә, “Hollivud”a. Hәrdәn dә biletlәri daha bahalı,
başqa kinoteatrlara gedirdik, – “Kazino”, ya da “Taverna”nın
yanındakı “Voks”a. Fasilәdә özümüzә eskimo alırdıq.
Velosipedlәrimizi Pakye bulvarının başlanğıcında ağaca söykәyib
qoyurduq. Gecә yarısı artıq hәr şey sakitlәşirdi. Biz velosipedimizi
tәlәsmәdәn Silvigilin göl kәnarında, Albinya xiyabanının yaşıllığı
altında yerlәşәn evlәrinә sürürdük.

***

Yeni dәrs ili әrәfәsindә, senyabrın sonundakı hәmin o bazar
günü mәnә yaman cansıxıcı gәldi. Avtobus gözlәyirdim. Pansiona
hәmişәkindәn daha tez getmәli olmuşdum, saat dörddә – axşam
messasına çatmalıydım.
   492   493   494   495   496   497   498   499   500   501   502