Page 490 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 490
Ïàòðèê Ìîäèàíî

qәhrәman idi. Avtobus kәnd meydançasında dayanırdı, ordan da
pansiona gedәn yolla bir neçә yüz metr addımlamalı olurdum.
Burda şagirdlәrdәn tәk mәn yaşayırdım. Yoldaşlarımdan heç biri
onda avtobusla getmirdi. Onların hamısı әtraf kәndlәrdәn idi.
İndiyәdәk dә rәfiqәm olan Silvidәn başqa. O, Ansidә yaşayırdı,
sonra da elә orda, prefekturada işlәmәyә başladı, – valideynlәri
onu pansiona maşınla gәtirirdilәr.

Mәn yolun ağına düşüb gedirdim, amma tez-tez qaçmaq istә-
yirdim bu yerlәrdәn. Bundan asan nә vardı ki, –Ansiyә saat doq-
quzda çıxan, geriyә qayıdacaq avtobusu gözlә, vәssalam. Saat
onun yarısında artıq orda olacaqdım – sonuncu dayanacaqda,
“Vağzal meydanı”nda. Bәs sonrası? Əlbәttә, әgәr pulum olsaydı...
Hә, pulum olsaydı, Ansidә qalmazdım. Avtobusdan enәrdim, elә
orda da Parisә bilet alıb, gecә qatarını gözlәyәrdim. Lakin mәn
belә qәtiyyәtli addım üçün hәlә yetişmәmişdim, mәn qorxurdum.
Ona görә dә hamıyla bir yerdә ayaqlarımı sürüyә-sürüyә kilsәyә
tәpik döyürdüm ki, axşam messasında iştirak edim.

Sinifdә mәnim parta yoldaşım ağbәniz bir qız idi, atası
Kürzeyyada әczaçı işlәyirdi. Mәnә elә gәlir ki, o da özünü bu
pansionda elә mәnim kimi bәdbәxt hiss edirdi. Hәrdәn öz tranzis-
torumu ona verirdim. Onunla hәyәtdә tez-tez söhbәt edirdik,
baxmayaraq ki, bizdә tәkbәtәk söhbәt elәmәk qadağan idi. Ya tәk
otur, ya da hamıyla bir yerdә. Yağış çilәyirdi – mәnim mәhbәs
hәyatımı dözülmәz edәn qarşıdakı beş qarlı ayın müjdәçisi olan
bitmәz noyabr yağışı. Krüzeyyadan olan hәmin qız atasının
aptekindәn iki qutu yuxu dәrmanı çırpışdırdı, adı “immenoktal”
idi. Birini mәnә verdi. Vә izah elәdi ki, әgәr özünü öldürmәk
istәsәn, gәrәk bütün hәblәri birdәn atasan. Ən yaxşısı da bu
dәrmanı daim yanında gәzdirmәkdir. “Onda – dedi, – SƏN ÖZ
HƏYATININ DA, ÖLÜMÜNÜN DƏ ƏSL SAHİBİ OLA-
CAQSAN. Onda heç kimin sәnә gücü çatmayacaq. Vә heç nәyin
   485   486   487   488   489   490   491   492   493   494   495