Page 485 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 485
Òàíûìàäûüûìûç ãàäûíëàð 485
axşam Valterlә şam edirdi. Mәn dә fikirlәşdim: bәlkә o nәsә bilir.
Mireydәn soruşdum ki, mәn dә onunla gedә bilәrәmmi. Qorxurdum
ki, mәni elә hәmin çin restoranına aparsın, amma yox, bizi yekә
bir maşına oturtdular, uzun yol getdik vә axırda tanımadığımız
bir mәhәllәyә çatdıq. Kafedә oturmuşduq: bir tәrәfdә Mirey
Maksimoff vә Valter, digәrindә mәn. Güzgüdә әksimi görürdüm
– suda boğulan adamın sifәtinә oxşayırdı. Yәqin, fikir verdilәr
buna. Mәnә şәrab süzdülәr, amma boğazımdan heç nә keçmirdi.
Onlar danışırdılar, mәn dә huşumu itirәcәyimdәn qorxaraq, özümü
var gücümlә mәcbur edirdim ki, qulaq asım, söhbәtin ana xәttini
itirmәyim, sözlәrinin mәnasını dәrk edim, dodaqlarının hәrәkәtini
yadda saxlayım. Valter deyirdi ki, Parisdә itәn adamlar barәdә
reportaj hazırlamaq istәyir. O, gecәlәr polis komissarlıqlarında
şәkillәr çәkmәk istәyirdi. Amma kimsә görmәdәn. “Qoduqluqda”.
“Yatabda”. Morqlarda...
Ürәyim bulandı. Ayağa qalxdım, amma hәr şeydәn çox ürәyi-
min gedәcәyindәn qorxurdum. Pillәlәrlә tualetә endim. Orda
qusdum. Daha geri qayıtmaq istәmirdim. İstәyirdim ki, gizlincә
restorandan çıxıb, küçәlәri tәk-tәnha gәzim, gәzim... Arxa qapını
axtarmağa başladım. O әlcәzairli necә deyirdi – mәn hәlә dә
TANIMADIQLARI sarışın qadın idim. Sona, ya da Sena sularından
tutulan qızları da çox vaxt namәlum, ya da tanınmamış adlandırırlar.
İnanmaq istәyirәm ki, belәcә, hәmişәlik TANIMADIQLARI
qadın kimi qalacam.
2
Mәn Ansidә doğulmuşam. Atam üç yaşım olanda öldü, anam
da şәhәr kәnarında yaşayan bir qәssaba әrә getdi. Anamla
münasibәtlәrimiz yaxşı deyildi. Hәrdәn onlara qonaq gәlirdim,
amma normal münasibәt saxlamağımıza elә bil nәsә mane olurdu.
Bәlkә dә mәn onda xoşagәlmәz xatirәlәr oyadırdım. Anam sәrt,