Page 484 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 484
Ïàòðèê Ìîäèàíî
idi, yanında isә Cenevrәdә gördüyüm hәmin o göy plaşlı әlcәzairli
piştaxtaya söykәnib durmuşdu. O da mәni tanıdı. Mәn indiyәdәk
bilmirәm ki, onun bu işdә rolu nә olmuşdu.
Çox quru tәrzdә mәnә dedi:
– Qalxmağa dәymәz. Orda heç kim yoxdur.
Lakin mәn hәr halda yuxarı qalxmaq fikrindәydim. Lakin o
qarşımı kәsdi. Vә tәkrar etdi:
– Orda heç kim yoxdur.
Qadın piştaxta arxasında heykәl kimi durmuşdu. Gözlәri geniş
açılmışdı, amma baxışı elә bil kor idi. Kişi mәni yüngülcә
itәlәyib, bayıra çıxardı. Vә arxamca yavaşca dedi:
– Tez gedin burdan, onlar hәlә sizin kimliyinizi bilmirlәr.
Hәlәlik onlar üçün siz sadәcә, TANIMADIQLARI, sarışın, gәnc
qadınsınız.
O, sözlәri dolaşdırır, yenә nәsә demәk istәyirdi, amma artıq
vaxtı yox idi. Sәkinin üstündә tam çaşqın qalmışdım. Sonra
küçәni keçdim. Dәstә halında dayanmış kişilәrә yaxınlaşdım.
Onların birindәn soruşdum ki, görәsәn, hoteldә nә baş verib.
Cavab verdi:
– Madmazel, mәn bilmirәm siz nәdәn danışırsınız.
Onların hamısı mәnә soyuq nәzәrlәrlә baxırdı. Əgәr yanlarında
lәngisәydim, mәnә dә qandal vuracaqdılar. Amma qorxmağıma
baxmayaraq, ulamaq, sinә dolusu çığırmaq, dava salmaq istәyirdim
ki, mәnә hәqiqәti söylәsinlәr.
Qonşu küçәlәrlә kor-koranә dolaşmağa başladım. Artua küçәsi.
Berri küçәsi. Pontye küçәsi. Kişilәr bayaqkı kimi orda, hotelin
üzbәüzündәydilәr. Maşınların heç biri hәlә yerindәn tәrpәnmәmişdi.
Yәqin, o ölüb. Ya da qollarına qandal vurub, aparıblar. Gecәlәr
hәmişә otağın işığını yana-yana qoyurdu.
Qalan şeylәr, deyәsәn, ertәsi gün oldu. Mәn Vinezdәki mәnzilin
otağından çıxmadım. Mirey Maksimoffa dedim ki, xәstәyәm. O,