Page 487 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 487
Òàíûìàäûüûìûç ãàäûíëàð 487
adam ona pulla kömәk elәyirdi. Bu qadın hәyatını düzüb-qoşa
bilirdi.
Müqәddәs Anna mәktәbindә mәn sinfin birinci şagirdiydim,
müdirә dә xalama mәslәhәt görmüşdü ki, mәni bakalavr imtahanı
vermәk üçün qadın liseyinә yazdırsın. Fransız dili üzrә yaxşı
göstәricilәrim vardı, müdirә mәnim barәmdә deyirdi ki, “çox
inkişaf elәyә bilәr”. Amma xalam onun mәslәhәtinә qulaq asmadı.
Mәni evimizdәn iyirmi kilometr aralı, Qran-Bornan yolundakı
monastır pansionuna verdi. Mәqsәdi nizam-intizama öyrәtmәk
deyildi, sadәcә olaraq, canını qurtarmaq istәyirdi. Mәnim artıq
on iki yaşım vardı.
Anam mәnә heç vaxt tәklif etmәyib ki, onlarla bir yerdә
yaşayım. Elә qәssab әri dә. Onlara baş çәkmәyә gәldiyim nadir
günlәrdә kişinin sәrt, deşici baxışları mәni lap mәhv edirdi.
Zaman keçdikcә başa düşdüm ki, o yalnız mәnә deyil, bütün
qadınlara belә baxır. Bu tip elә hesab edirdi ki, qadın – ağzına
kimi şәr-şәbәdәylә dolu bir qabdır vә heç şübhәsiz ki, anamı da
buna inandırmışdı. Mәnә elә gәlir, o, çox istәyәrdi ki, anam da
elә kişi olsun.
Belәliklә, mәn әsl ailә hәyatının nә olduğunu heç vaxt bilmәdim.
Düzünü desәm, fikirlәşirәm ki, ailәnin şәrtlәrini bilsәydim belә,
yәqin, xoşuma gәlmәzdi. Çünki özümü bunun üçün hәddindәn
artıq müstәqil sayırdım. Vә tez-tez tәk qalmaq istәyirdim. Bazar
günlәri ailәvi naharlarda, dini bayramlarda, ad günlәrindә, ya da
Milad münasibәtiylә qardaş-bacı, әmi-bibi-xala-dayıbalaları,
onların ata-analarıyla birlikdә olduğumuz uzun ziyafәtlәrә dözә
bilmәzdim... Yeganә istәyim yәqin ki, atamla ikimizin bir yerdә
yaşamağı olardı. O da tәbii ki, mәni liseyә dә verәrdi, tәki “bak”
imtahanımı verә bilim. Lakin atam artıq sağ deyildi.
Pansionda nizam-intizam Müqәddәs Anna mәktәbindәn dә ciddi
idi. Mәn orda iki dortuarda yatmışam – әvvәlcә balacalar, sonra da