Page 486 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 486
Ïàòðèê Ìîäèàíî
tez özündәn çıxan, hәssaslıq-zad bilmәyәn bir qadın idi – yәqin,
elә mәnim özüm kimi. Onun qәzәblәnmәyi mәni qorxudurdu.
Qızışanda var gücüylә çığırır, ağzından dörd bir tәrәfә tüpürcәk
püskürürdü vә belә hallara düşәndә onun şimal lәhcәsi o dәqiqә
daha aşkar duyulurdu. Qәribә cütlük idi onlar. Qәssab, özünün
qısa saçları vә batıq yanaqlarıyla sәrt xasiyyәtli keşişi xatırladırdı
– әsl inkvizitorlar kimi, sәnin günahlarını aydınlaşdırmaq istәyәndә
baxışlarıyla vücudunu deşik-deşik elәyәn bir keşişi. Fikir vermişdim
ki, bu adamın tәsiri altında anam da getdikcә erkәklәşirdi. Arala-
rında mәhәbbәt yox idi, onlar bir-birinә daha çox, bir alaydan
olan döyüş yoldaşları, ya da bir keşiş ilә onun qulluqçusu kimi
münasibәt bәslәyirdilәr. Heç uşaqları da yox idi. Görәsәn, anam
nә zamansa atamı sevmişdi? Bilmirәm, – görünür, onu sevgi
qәtiyyәn maraqlandırmırdı, hәtta bәlkә bu hissә nifrәt edirdi vә
bәlkә elә mәnim dünyaya gәlişim dә onun üçün bәdbәxt bir
tәsadüf, tәbii fәlakәt sayılırdı.
Uşaqlıqda mәnim qayğımı xalam çәkirdi. O da elә hәssas
insan deyildi. Kişilәrә etibarı yox idi. Ümumiyyәtlә, heç kimә
inanmırdı. Elә mәnim özümә dә. Düzünü desәm, әslindә, mәni
ona bağlayan az şey vardı. Elә hәyatımda heç bir yeri olmayan
anama da elәcә.
Uşaqlıqdan yadımda qalan xatirәlәrә nә yaxşı deyә bilәrsәn,
nә yaman. Fikirlәşirәm ki, atam sağ olsaydı, onunla dil tapardım
vә hәr şey tamam başqa cür olardı. Atama “dәlibaş” deyirdilәr,
mәn dә uzun müddәt anlaya bilmirdim ki, bu nә demәkdir.
Beş yaşımdan Markizat monastırının nәzdindәki Müqәddәs
Anna mәktәbinә getmәyә başladım. Xalam Verye-dü-Lakda
yaşayırdı. Veryenin özündә, Talluarda varlıların villalarında
işlәyirdi. Yır-yığış, biş-düş, bazarlıq edirdi. Lap cavan vaxtlarında
Ansidәki hotellәrin birindә işlәmәli olmuşdu vә onun sahibiylә
xoş münasibәtlәrini saxlamışdı. İndi dә çәtinә düşәndә hәmin