Page 489 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 489
Òàíûìàäûüûìûç ãàäûíëàð 489
Mәnim pansionda keçirdiyim bütün bu illәr әrzindә rastlaşdığım
insanlar barәdә heç bir xatirәm yoxdur. Bircә bu yadımdadı ki,
artıq on dörd yaşımdan etibarәn Böyük Mәhәbbәt eşqindә idim.
Lakin çox tәәssüf ki, o zamanlar kimsә mәnim qәlbimi dәli kimi
çırpındıra bilmәdi. Onlar da hәr şey kimi, hәyatımdakı әhәmiyyәtsiz
sifәtlәri vә hadisәlәri bircә-bircә udan, dumana bәlәnmiş keçmişdә
qaldılar. Hәrdәn özümdәn bunu da soruşuram ki, görәsәn, bütün
bunları yuxuda görmәmişәm ki. Tez-tez gördüyüm, hәmişә dә
monastır dortuarının göyümtül gecә işığında olduğum yuxulardan
birindә.
***
Bazar axşamları mәn geriyә, pansiona qayıtmaq üçün avtobusu
gözlәyirdim. Dayanacaq Verye-dü-Lak bәlәdiyyәsinin yanındakı
qollu-budaqlı çinarın altındaydı. Mәnim yadımda, nәdәnsә, ancaq
qış vә payız axşamları qalıb. Hava artıq qaralmaq üzrә idi. Mәn
Ansiyәdәk bütün yerlәri tutulmuş avtobusa girirdim. Sәrnişinlәrin
çoxu basabasda sıxışaraq, ayaq üstә gedirdilәr. Bazar günündәn
sonra şәhәrә gәlәn kәndlilәr. Gәzmәkdәn qayıdan әsgәrlәr. Uşaqlar.
İtlәr. Mәn dә ayaq üstә gedirdim, çox vaxt da sürücünün düz
arxasında dururdum. Avtobus hәrәkәt edirdi. Yavaş gedirdi.
Döngәyә çatmamış, aşağıda “Cökә” villasının barmaqlıqlı çәpәri
görünürdü – xalam bir yay orda dincәlәn amerikalıların yanında
işlәmişdi. Sonra, avtobus Blüffi dolaylarına aparan yola çıxanda,
Menton-Sen-Bernar qәsrinin mәnzәrәsi açılırdı; o, dağın lap
zirvәsindә, әsl nağıl qәsri kimi ucalırdı. Sonra biz Aleks kәndinin
kiçik qәbiristanının yanından ötürdük. Onun dalınca da Qliyer
yaylasındakı döyüşlәrdә qәhrәmanlıq göstәrmiş insanların xatirәsinә
hәsr olunmuş abidәlәr gәlirdi – onlar burda dәfn olunmuşdular.
Mәnә danışırdılar ki, atam da bu yaylada almanlara qarşı vu-
ruşub. Mәncә, o, müharibәdә yox, ondan neçә il sonra ölsә belә,