Page 488 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 488
Ïàòðèê Ìîäèàíî
böyüklәr üçün. Rahibә bacı işıqları saat doqquz tamamda söndürür,
yalnız zәif göy işıq verәn gecә lampalarını yana-yana qoyurdu.
Düzünü desәm, mәn qaranlıqda uzanmağa üstünlük verәrdim.
Sәhәr yeddiyә on beş dәqiqә işlәmiş, saat zәng çalırdı. Biz
mal-qaranın suvarıldığı yerә bәnzәyәn uzun әlüzyuyanın qabağında
durub, üzümüzü cәld yuyurduq. Soyunmaq qәti qadağan idi. Öz
bәdәnini hәm yad gözlәrdәn, hәm elә öz gözlәrindәn ayıb bir şey
kimi gizlәmәk lazım idi. Niyәsini heç başa düşә bilmәdim, amma
әslindә, buna çalışmırdım da.
Yerimizdәn qalxandan vә sәhәr tualetindәn sonra kilsәyә
gedirdik. Ordan da düz bir saat dәrs keçdiyimiz siniflәrә. Sonra
yemәkxanaya, sәhәr yemәyinә. Şәkәrsiz, südlü qәhvә, yağsız
quru çörәk. Vә yenә dәrs otağı. Saat on birdә tәnәffüs başlanırdı.
Sonra yenә dәrslәr. Nahar. Dәrslәr. İstirahәt vә nahardan sonranın
öynәsi – bir tikә çörәk vә bir qırıq qara şokolad. Axşam mәşğәlәlәri.
Şam yemәyindә bizә bircә xörәk verirdilәr – polenta, qarğıdalı
unundan sıyıq. Ət-zad olmazdı. Vә yenә kilsә. Dalınca da yatmaq.
Ertәsi gün bir dә tәkrar...
Hәr cümә axşamı biz kәnd әtrafına gәzmәyә çıxırdıq. Ya da iş
otağında tikişlә, yırtıq-yamaqla mәşğul olurduq... Mәnim dünya
ilә yeganә әlaqәm xalamdan yalvarıb aldığım balaca tranzistor
idi ki, onu da gizlәtmәyә mәcbur qalırdım. Ona ya axşamlar dor-
tuarda, ya da nahardan sonrakı tәnәffüs vaxtı, hәyәtin әldәn-
ayaqdan uzaq küncündә gizlәnәrәk qulaq asırdım.
Bir dәfә apreldә – onda mәnim artıq on beş yaşım vardı –
radioda elan etdilәr ki, әlcәzairli paraşütçülәr Fransaya desant
çıxarmağa hazırlaşırlar. Bu tәhlükә barәdә iki, ya üç gün danışdılar.
Mәn vәtәndaş müharibәsinin başlanacağına çox ümid edirdim.
Onda böyüklәr dә bizi daha sıxmazdılar vә ola bilәrdi ki, o
qarışıqlıqda bәlkә qaça da bilәrdim. Tәәssüf ki, bazar günü
axşama kimi qayda-qanun bәrpa olundu.