Page 481 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 481
Òàíûìàäûüûìûç ãàäûíëàð 481
vә әtrafa baxır ki, görsün qandalı açmaq üçün kimsәdәn açar
tapa bilәrmi. Sonra, Anmasda bir jandarm ona kömәk edir ki,
qaçsın. Daha sonra o sәrhәdi keçmәyә bir cәhd dә göstәrir vә bu
dәfә müvәffәq olur. Cenevrәdә uzun müddәt Peru konsulunu
axtarır, amma bütün sәylәri boşa çıxır.
Biz “Rona” hotelindә dayandıq. Özünün bütün işgüzar görüş-
lәrini günortadan sonra hotelin holluna tәyin edirdi. Bu görüşlәr
çox vaxt lap axşama kimi çәkirdi. O qorxurdu ki, birdәn mәn da-
rıxaram. Yol çantasından bir dәstә pul çıxarıb, verirdi mәnә. Ba-
şımı bişirirdi ki, mağazalara çıxıb, özümә bәzәk-düzәk, ayaqqabı-
zad alım. Nahaq yerә inandırmağa çalışırdım ki, mәnim üçün
nömrәdә uzanıb, kitab oxumaq daha xoşdur, – o, әl çәkmirdi.
Özü Cenevrәyә ilk dәfә mәn yaşda olanda gәlibmiş vә onda şә-
hәrin işıqları, vitrinlәri onu heyran qoyubmuş. İstәyirmiş ki, nә
gördü alsın, әn әsası da ayaqqabı. Deyirdi: Tәzә ayaqqabıda gәz-
mәk adama lәzzәt edir, tәbii ki, әgәr sәndәn yemәk-içmәk istә-
mirsә! Hәyatdan bacardıqca istifadә etmәk lazımdır, axı o, çox
qısadır! Axırda mәn dә tabe olurdum. Hoteldәn çıxıb, körpüdәn
keçir, Ronaboyu küçәlәrdә gәzmәyә başlayırdım. Lakin mağazalara
girmәyә ürәk elәmirdim. Gәldiyim ilk gün havada sıx bir duman
vardı, mәn hәlә qorxurdum ki, birdәn qar-zad da yağar. Sahillә
addımlayırdım. Mәnә elә gәlirdi ki, tanımadığım bir şәhәrdә ta-
mam tәkәm. Yәqin ilk dәfә gәlib bura çıxanda o da eyni hisslәri
yaşayıb. Xiyabanın sonunda vağzal görünürdü. Bәlkә yaxşısı qa-
tara minib, Mirey Maksimoffun yanına qayıtmaqdır? Vә hәr şeyi
ona danışmaqdır? Amma nә mәslәhәt verәcәkdi ki, mәnә? Mәn
yan küçәyә buruldum vә gözüm bir kinoteatra sataşdı. Axşam
hәlә düşmәmişdi, zalda tәk oturmuşdum. Multfilm göstәrirdilәr.
Ertәsi gün hava açıldı, günәş göründü. Elә düşünmәk olardı
ki, yenә Parisdәkilәrin dediyi kimi, “babye leto” (payızın ortasında
yay havalı bir neçә gün) qayıtmışdı. Özümә axırda saat aldım.