Page 477 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 477
Òàíûìàäûüûìûç ãàäûíëàð 477

xanımların, cәnabların hәrәsini bir tәrәfә tullayacaq. Mәn әmin
idim ki, o sәrxoşdur. Amma birdәn üzünü çevirdi, çiyinlәrimi qu-
caqlayıb, mәni kәpәnәkli müәllifin öz kitablarını imzaladığı ma-
sanın yanına apardı. Gi qalaqdan bir kitab götürdü. Adı “Madeyrada
yaşamaq” idi. Mәn onu sonralar da saxlamışdım vә yalnız Fran-
sadan köçәndә itirdim.

Masa arxasında oturmuş kişini pәrәstişkarlarından ibarәt çoxlu
adam әhatәyә almışdı. Gi kitabı vәrәqlәyib ona tәrәf әyildi:

– Mәnim üçün yaza bilәrsiniz?
Yazıçı başını qaldırdı. Üzünün ifadәsi qәtiyyәn mehriban
sayılmazdı. O, xal-xal kәpәnәk qalstuk taxmışdı.
– Sizin adınız nәdir? – çox quru tәrzdә soruşdu. Vә onda Gi
әsl adını dedi. Mәn onu ilk dәfә eşitdim: Alberto Tsimbalist.
Yazıçı qaşqabağını elә tökdü, sanki bu cingiltili ad onu şoka
salmışdı. Vә saymazyana soruşdu:
– Hәrf-hәrf söylәyin.
Gi açıq kitabı masanın üstünә qoydu vә әlini yazıçının çiyninә
endirdi. Elә endirdi ki, onu sözün әsl mәnasında stula yapışdırdı.
O getdikcә daha bәrk basırdı vә yazıçı onun әlinin altında әyilәrәk,
qorxu içindә baxırdı ona. Sonra Gi adını ona hәrf-hәrf diktә elәdi.
Ətrafdakılar onu ürkәk nәzәrlәrlә seyr edirdilәr. Bәlli idi ki, onlar
yazıçını müdafiә etmәk istәyirdi, amma Ginin möhkәm bәdәnini
görәrәk, buna ürәk elәmirdilәr. Qısası, müәllif axır ki, kitabı
yazası oldu. Onun alnında tәr damcıları göründü. Yaman qorxmuşdu.
Gi kitabı götürdü, amma yazıçının çiynini sıxmaqdan әl çәkmәdi.
O isә dodaqlarını möhkәm sıxaraq, Giyә nifrәtlә baxırdı.
– Əl çәkin mәndәn, müsyö, – deyә, nәhayәt, fısıldadı.
Gi ona mehriban-mehriban gülümsünüb, әlini çәkdi. Yazıçı
qalxdı vә nümayişkaranә şәkildә xal-xal kәpәnәyini düzәltmәyә
girişәrәk bizә ilan kimi baxdı. Mәn qorxdum: birdәn polis çağırar!
   472   473   474   475   476   477   478   479   480   481   482