Page 473 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 473
Òàíûìàäûüûìûç ãàäûíëàð 473

artıq başqa bir adamla görüş tәyin etmişdi. Əvәzindә, sabah vә
ondan sonra da hәr gün... Hal-hazırda o hoteldә yaşayır. Mәnә
telefon nömrәsini verdi.

Ona ertәsi gün axşamtәrәfi, evdә tәk olanda zәng elәdim. Mә-
nә yolu başa saldı. “Etual”da xәtti dәyişib, “Beşinci Georq” stan-
siyasında enmәk lazımdır. Sonra tapşırdı ki, qәlәm götürüm vә
hәr şeyi müfәssәl diktә elәdi mәnә – onun yaşadığı hotelә necә
gәlmәli olduğumu yazdırdı. Danışığından görünürdü ki, deyәsәn,
aza bilәcәyimdәn çox narahat idi.

“Dü Berri” hoteli dünәnki çin restoranından azca aralı, Frederik
Bastia küçәsindәydi. Mәn “müsyö Gi Vensanın” nömrәsini portye
qadından soruşdum. Ciddi kostyum geymiş qarasaç qadın –
sonralar onun yanından hәr gün keçirdim vә indi mәnә elә gәlir
ki, bu çox, çox uzun, az qala bir ömür çәkmişdi. Amma әslindә,
әgәr yaxşıca xatırlasam, bir aydan artıq deyildi.

Pillәlәrlә ikinci mәrtәbәyә qalxdım. O, mәni açıq qapısının
qarşısında gözlәyirdi, elә bil qorxurdu ki, sonuncu dәqiqәdә
fikrimi dәyişib qaçaram. Mәn axırıncı pillәdә dayandım – doğrudan
qaçmaq istәdim. Elә çaşqın vәziyyәtdәydim ki, içәri girәn kimi,
çarpayının qırağında oturdum. Ümumiyyәtlә, nömrәdә iki
pәncәrәnin arasında kreslo da vardı, amma mәnim gücüm çatmadı
özümü ona yetirim. Özü qarşımda ayaqüstә durmuşdu.

– Sizin başınız yaşdır.
Hә, elә plaş da. Mәn metrodan çıxanda, yağış çilәyirdi, payızın
kәramәtini göstәrәn narın yağış. O, dәsmal gәtirdi vә saçlarımı
ehtiyatla silәrәk, yanımda oturdu.
– Plaşınızı çıxarmalısınız.
Bunu boğuq sәslә, zorla eşidilәcәk tәrzdә dedi, sanki özüylә
danışırdı. Mәnә elә gәlirdi ki, ikimiz dә bircә dәqiqә qabaq hote-
lә birlikdә girәrәk bu otaqda yağışdan gizlәnmişik. Vә guya mәn
Parisә elә bu gün sәhәr gәlmişәm. O da mәni Lion vağzalında
   468   469   470   471   472   473   474   475   476   477   478