Page 468 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 468
Ïàòðèê Ìîäèàíî

dostu idi, çoxdan fotoreportyor işlәyirdi vә onu tez-tez әn tәhlükәli
yerlәrә yollayırdılar. O, qaynar nöqtәlәrin hansındasa hәtta yaralanmışdı
da. Onunla Gi Vensan Yelisey çöllәrindәki kafelәrin birindә, bütün
fotoqrafların tez-tez toplaşdığı mәkanda tanış olmuşdular.

Naharın әvvәlindә Gi Vensan da susurdu. Mirey Maksimoff
aranı bir balaca yüngüllәşdirmәyә çalışaraq, ona cürbәcür sadә
suallar verirdi. Lakin o yalnız ya “hә”, ya da “yox” deyә cavab
verirdi. Valter barmağıyla mәni göstәrdi:

– Yaxşı, bәs bu cavan qız kimdir?
Gi Vensan çönüb, maraqla mәnә baxdı.
– O, Liondan gәlib. Çox qәribә vә kәdәrli bir hadisә gәlib
başına, – bunu, Mirey Maksimoff mәnә xәlvәtcә göz vuraraq
dedi. Vә sonra da onlara bakalavr imtahanı vermәk üçün gәlmiş
qızın әhvalatını – özünün lap çoxdan, hardasa, Landda baş vermiş
yeganә әhvalatını danışdı. Bir bazar sәhәri saat yeddidә zәngini
çalmayan saatdan danışdı... Qısası, onun tәrәfindәn xoş bir şey
idi – mәni özünә o qәdәr yaxın bilirdi ki, әhvalatlarımız da
ümumi olmuşdu artıq...
Valter ucadan güldü.
– Bәxtiniz gәtirib, – dedi. – Taleyin hökmü belәymiş, istәmәyib
ki, siz imtahanınızı verәsiniz.
Nәsә özümü birtәhәr hiss etdim. Mirey Maksimoff әlimdәn
tutdu:
– Ümidvaram ki, siz bir dә eyni imtahanı vermәyә cәhd gös-
tәrmәzsiniz, elәdirmi? – deyib әlavә etdi. – Yalnız boşuna vaxtınız
itәcәk.
Gi Vensan sükutunu qorumaqda davam edirdi, lakin indi onun
baxışlarında maraqdan çox, qayğıkeş bir ifadә vardı – elә bil
fikirlәrimә nüfuz etmәk istәyirdi.
– Bu hadisә sizi çox kәdәrlәndirdi? – deyә, hәqiqi marağı
aydınca sezilәn bir ahәnglә dedi.
   463   464   465   466   467   468   469   470   471   472   473