Page 472 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 472
Ïàòðèê Ìîäèàíî

agentliyi işlәdirdilәr. Danışmalı bir şeyi olmayan, adamı darıxdıran
әn adi işlәrdәn biri. Mәn dә daha israr elәmәdim.

Axşama yaxın Bulon meşәsinin çay salonlarından birinә girdik.
Bayaqdan gölün sahilini gәzәn ailәlәr masaların arxasında oturmuşdu.
Digәr masalarda isә ahıl qadınlar ucadan, var güclәriylә söhbәt
edirdilәr. O, әtrafındakı adamları maraqla süzürdü. Mәn fikirlәşdim:
bәlkә elә o da mәnim kimi belә yerә ilk dәfәdir ki, gәlir?

– Qәribәdir, – deyә, nәhayәt, dillәndi. – Burdakı müştәrilәrin
hamısı qaragül dәrisindәn manto geyib.

O, elә bayaqkı kimi sakit vә dalğın görünürdü. Sonralar, hәr
dәfә biz adamlar arasında olanda, mәnә elә gәlirdi ki, özünü
yaxşı hiss etmir, elә bil başqalarının ona qәti dәxli yox idi. Elә
bil yerli dili bilmәyәn vә onunla danışacaqlarından daim çәkinәn
xariciydi. Bәlkә dә fikirlәşirdi ki, kimsә onun üzündә kiçicik bir
tәrәddüd, xırdaca bir qorxu görsә, bu ona bәdbәxtlik gәtirәcәk.
Odur ki, soyuqqanlı görünmәk istәyir, iti hәrәkәtlәrdәn qaçırdı.
Tәbәssümü dә elәcә, dәxli olmayan, üzdәn bir şey idi.

– Mәn qaragül mantolu düz on dörd qadın saydım. Əgәr
istәyirsinizsә, özünüz yoxlaya bilәrsiniz...

Mәn hiss edirdim ki, aramızda qarşılıqlı etimada bәnzәr nәsә
yaranır. Maraqlıdır, görәsәn o, öz yerini tapa bildimi dünyada?..
Biz “Etual”da metroya oturduq. Sonra xәtti dәyişib “Trokadero”da
endik. O, mәni evә kimi ötürmәk istәyirdi. Böyrümә düşüb özü-
nün nizamlı yerişiylә addımlayırdı vә mәnә elә gәlirdi ki, bu gün
heç nә onun ritmini pozmaq iqtidarında deyil. Belәdә kimsәnin
diqqәtini cәlb etmirdi. Bәllidir axı, әgәr sizi tәqib edirlәrsә, әn
yaxşısı çönüb arxaya baxmamaqdır. Vә ümumiyyәtlә, hәr dәfә
tәhlükәyә mәruz qalanda sakit, nizamlı addımlarla yerimәk la-
zımdır. Vinez küçәsindәki evimizin girişindә soruşdu ki, axşama
bir planım varmı. Mәn dedim: heç bir planım yoxdur. Amma on-
suz da bu gün o, mәni yemәyә heç cür dәvәt edә bilmәyәcәkdi,
   467   468   469   470   471   472   473   474   475   476   477