Page 474 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 474
Ïàòðèê Ìîäèàíî

qarşılayıb... Otağın işığı gözümü ağrıdırdı, küçәdә yağış şırıldayırdı.
Bilmirdim hardayam, mәnә nә olub. Onun barәsindә dә heç nә
bilmirdim, amma bunun elә bir әhәmiyyәti yox idi. Çiyinlәrimdәn
tutdu, mәn dә onu öpdüm. Elә hәmin an mәnim bütün sıxıntım,
bütün utancaqlığım harasa yox oldu vә artıq mәnim üçün heç fәrqi
yox idi ki, otaqda işıq yanır, – әksinә, bütün kölgәlәri qova bilmәk
üçün işıq kaş bundan da gur yanaydı. Ertәsi gün mәn Vinez
küçәsindәki mәnzilә qayıdanda, Mirey Maksimoff artıq yuxudan
durmuşdu. Dedi ki, çox nigaran qalıbmış, amma heç bir sual
vermәdi. Onda mәn özüm, Liondan olan dostlarımla rastlaşdığımı
dedim vә bildirdim ki, yığıncağımız gözlәnilmәdәn uzun çәkdi.
Bütün sonrakı hәftәlәri mәn yalan demәyә davam edirdim vә
sirrimi sonadәk qoruyurdum. Heç indi dә tәsәvvür elәmirәm ki,
ona nә deyә bilәrdim. Hәqiqәt isә o qәdәr bәsit idi ki... Belә bir şey
kimin desәn, başına gәlә bilәrdi. Mәn hәmin o axşamı xatırlayıram
ki, adının Gi Vensan olmadığını etiraf etdi mәnә. Onda mәni
mehmanxana yaxınlığındakı restorana aparmışdı. Ümumiyyәtlә,
öz mәhәllәlәrinin sәrhәdindәn çıxmırdı. Mәnim lionlu olduğum
onu әmәlli-başlı heyrәtlәndirmişdi. Müharibәdәn sonra bu şәhәrdә
yaşamışdı – çox yox, qısa müddәt. Amma o qәdәr qısa müddәt ki,
onu yoldaşlarıyla bir yerdә hansı pansiona yerlәşdirdiklәrini dә
deyә bilmirdi mәnә. Hardasa Sona yaxınlığındaymışlar. Dik pillәlәr.
Köhnә evlәr. Balaca, dik yoxuş küçә vә onun üst tәrәfindәki qara
divar yadındadırmı? Hә... deyәsәn... amma dәqiq söylәyә bilmәyәcәk.
Çox güman ki, bu lazaretlәrin pansionuymuş. Mәnә qalanda, bu
cür tәsadüflәrә inanıram.

Sonra isә o da Parisә, Lion vağzalına gәlmişdi. Bir sәhәr tez-
dәn, elә mәnim kimi. Vә tәxminәn, elә mәnim yaşımda. O, bütün
bunları hәlә mehmanxanadakı otağında olanda, günortalar da sön-
dürmәdiyi gur işığın altında danışmağa başlamışdı. Bir müddәt-
dәn sonra mәn buna adәt elәdim – hәlә üstәlik, sadәlövhcәsinә
   469   470   471   472   473   474   475   476   477   478   479