Page 470 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 470
Ïàòðèê Ìîäèàíî
sonra da, sәsinin ahәngini xatırlayıram. Bir dәfә mәn nadir
hallarda fransızca danışmalı olduğum ölkәnin limanında gәzirdim.
Düşüncәlәrimә qәrq olub, gedirdim ki, birdәn kimsә Paris
lәhcәsindә dillәndi: “Əgәr yorulsanız, “Etual”da metroya minәrik”.
Mәn cәld arxaya çöndüm. Tәbii ki, yaxınlıqda kimsә yox idi...
Amma hәmin o bazar günü biz onunla Yelisey çöllәrinin sağ
yanıyla gәzәnlәrin arasında addımlayırdıq. Bütün kafelәrin
qarşısındakı sәkilәrdә masalar qoyulmuşdu. Axşamlar, “La Ma-
len”dә yığışanların diliylә desәk, “babye leto”nun daha bir xoş
günüydü. Görәsәn, bu havalar nә qәdәr davam edәcәk? Nәhayәt
ki, “Etual”a yaxınlaşdıq.
– Yoruldunuz? – deyә Gi Vensan soruşdu.
– Yox, heç yorulmamışdım.
– Əgәr istәyirsinizsә, lap Bulon meşәsinә qәdәr gedә bilәrik,
– mәn tәklif etdim.
Port-Dofindәn göllәrә aparan yola burulduq. Yolu mәn
göstәrirdim.
– Görünür, siz meşәyә yaxşı bәlәdsiniz.
Hәqiqәtәn belәydi, mәn gündüzlәr burda tez-tez olurdum.
Vinez küçәsindәki mәnzildә tәk otura bilmirdim. Vә ordan Mirey
Maksimoffun dostlarından qopa bilәn kimi bura qaçırdım. Özü
dә hәr dәfә böyük lәzzәtlә qaçırdım – çünki diqqәt cәlb etmәdәn
yox ola bilirdim. Vardım, bir dә görürdülәr yoxam!..
Biz göl qırağındakı skamyaya әylәşdik. Soruşdum ki, hәrdәnbir
buralarda gәzirmi. Yox, gör nә vaxtdan bәri gәzmir. O, mәndәn
on-on beş yaş böyük idi. Vә yәqin hardasa işlәyirdi. Mәnә elә
bayaq restoranda baxdığı kimi baxırdı, – diqqәtli, az qala qayğıkeş
bir maraqla. Amma deyәsәn, o da mәnim hansı yuvanın quşu
olduğumu heç dә anlaya bilmirdi. Soruşdu ki, neçә yaşım var.
İstәdim yaşımı bir az artırım, amma sonra fikirlәşdim ki, yaxşısı