Page 466 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 466
Ïàòðèê Ìîäèàíî
Bütün bu bәzәkli restoranlarda. Şam işığında axşam yemәyi
yediklәri tağlı zirzәmilәrdә. Birbaşa böyük kaminin içindә
qızardılmış әt yeyilәn başqa yerlәrdә. Şamdanlar. Cilalı, tinli
güzgülәr. Başımızın üstündәki his çәkmiş tirlәr. Axşamlar, hava
yaxşı olanda – onların dediyi kimi “babye leto”da sәkilәrdәki
masalara әylәşirdik. Darısqal olurdu – lap sıx otururduq, böyür-
böyürә. Hamısı da eyni küçәlәrdә – Bernal Palissi, Sen-Benua, –
Mirey Maksimoff onların adını taksi sürücülәrinә deyirdi. Mәn
Mirey Maksimoffu dostlarının evinә gedәndә dә müşayiәt edirdim.
Bazar axşamları Monsuri parkının yanındakı bir emalatxanaya
gedirdik. Orda qonaqlar Braziliya mәtbәxinin yemәklәrindәn
dadırdılar. Onlar daim on iki nәfәrә yaxın olurdular. Vә söhbәtlәşәnә
kimi, Braziliya musiqisi çalınırdı. Mәn özüm danışmırdım. Bir
qıraqda otururdum. Bәzәn hәtta bu mәclislәrdәn xәlvәtcә çıxıb
gedirdim ki, o әtrafdakı küçәlәri dolaşım. Sakitcә, kimsәnin
diqqәtini cәlb etmәdәn aradan çıxırdım. Belә qaranlıqda, açıq
havada tәk-tәnha gәzmәkdәn xoşum gәlirdi. Əvvәlcә, Liondan
qaçdım, indi isә adamların hәddindәn artıq ucadan danışdığı,
kimsәni tanımadığım bütün yerlәrdәn qaçıram; yәqin mәnim
hәyatım başdan-ayağa böyük bir qaçış olacaq. Əmin idim ki,
hәyat yolunda gec-tez, eynәn mәnim kimi düşünәn birisiylә
görüşәcәyәm – istәyir lap Parisin o biri başında olsun. Bazar
axşamlarının birindә mәn Monsuri parkının yanındakı emalatxanaya
qayıtmadım. Yuxarıdan gәlәn Braziliya musiqisini vә uca sәslә
danışanları hәlә giriş qapısının ağzında eşitdim...
Bütün şәhәrdәn keçәrәk Vunez küçәsinә kimi piyada getdim.
Artıq heç nәdәn qorxmurdum, hәtta öz gәlәcәyimdәn belә. Küçәlәr,
bulvarlar qarşımda açılırdı; onlar boş idi, işıqları hәmişәkindәn
daha parlaq görünürdü. Ayaqlar altına tökülmüş yarpaqlarda külәk
eşәlәnir, xışıldayırdı. Mәn heç nә içmәmişdim... Mәnzilә girәndә,
Mirey artıq qayıtmışdı. Möhkәm nigaran idi. Soruşdu ki, nәdәn