Page 464 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 464
Ïàòðèê Ìîäèàíî
çıxıb bura. O zamanlar o da tәk idi vә yaşı da mәnimkindәn çox
olmazdı. Əvvәlcә Latın mәhәllәsindәki hansısa mehmanxanada
otaq tutub vә elana әsasәn, әrinin mağazasına satıcı tapmağa gәl-
miş hәmin o qadınla da elә orda tanış olub. Qadın da onu indiki
dostlarının hamısıyla, o cümlәdәn gәlәcәk әri Eddi Maksimoffla
tanış edib. O qadın onları hәftә sonu Monfor-le-Amoriyә, ya da
Dovilә özünün amerikan maşınında aparırmış. Qiyamәt hәyat
imiş... Odur ki, nigarançılıq üçün heç bir әsas yoxdur. O qadın öz
mәnzilini, mәmnuniyyәtlә onun ixtiyarına buraxmışdı. Burda
bütün cәsarәtimi toplayıb ona dedim ki, mәni hәr halda öz gәlә-
cәyim çox düşündürür. Parisdә işsiz nә edәcәm? O, tәxminәn bir
dәqiqә üzümә baxdı. Sonra dillәndi:
– Bilirsәn, Parisә gәlәndә mәn dә qorxurdum. Amma hәr şey
gec-tez öz yerini tapır. Sәn indi heç başa da düşmürsәn ki, bütün
hәyatının hәlә qabaqda olması nә boyda xoşbәxtlikdir. Bir dә ki,
sәnә mәn kömәk edәcәm. Mәnim Parisdә tanışım çoxdur. Olmasa,
mәnimlә İspaniyaya da gedә bilәrsәn.
Burda mәn sakitlәşdim. Hiss edirdim ki, yaxşılığımı istәyir.
Demәli, mәn sadәcә olaraq özümü ona etibar etmәliyәm, onda
bütün hәyatım gözәl olacaq. Bir axşam necә oldusa, teatra, Paskal
adlı bir qızın necә oynadığına baxmağa getdik. Pyesdәki hadisәlәr
bizim günlәrdә, xәyali bir ölkәdә yerlәşәn qәsrdә baş verirdi: qar
çovğunu yüksәk cәmiyyәtә aid olan bir neçә şәxsi qәfil yaxalayır.
Onların hamısı qara mәxmәrdәn ağ yaxalıqlı paltar geyirdilәr;
qadınlar paj, kişilәr mehtәrә bәnzәyirdi. Hәrdәn klavesin musiqisi
sәslәnirdi. Geniş salondakı qәndillәrdә şamlar yanır, qәdim
mebellәr otaqları bәzәyir, künc-bucaqda hörümçәk torları gözә
dәyirdi, amma elә buradaca telefon da vardı, qonaqlar isә incә
bir әdayla siqaret çәkir, viski içir, gözәl şeylәrdәn danışırdılar...
Biz küçәyә çıxanda yağış çislәyirdi. Mirey Maksimoffla mәn
onun dostlarından birinin maşınına oturub restorana getdik; orda