Page 460 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 460
Ïàòðèê Ìîäèàíî
payını alırdı. O danışırdı ki, mәn yaşda olanda, Landdakı kiçik
bir şәhәrcikdә yaşayırmış – adını demişdi, unutmuşam. Bakalavr
olmaq üçün imtahan әrәfәsindә gecә çox gec girmişdi yerinә,
sәhәr dә zәngli saatın sәsi, nәdәnsә, çıxmamışdı. O, imtahana
getmәk әvәzinә düz günortaya kimi yatıb qalmışdı. Sonra da
özünün gәlәcәk әriylә – Eddi Maksimoffla tanış olmuşdu. Əslәn
rus olan ucaboy, qәşәng kişiymiş, ona Konsul adı qoyubmuşlar
vә romu koka-kola ilә içmәk kimi bir adәti varmış. O elә mәnә
dә bu qarışığı aperitiv adıyla süzmәyә can atırdı, mәn isә hәr
dәfә tәmiz kolaya üstünlük verdiyimi deyirdim. Fransızca tam
lәhcәsiz danışırdı. O zamanadәk Parisdә yaşamışdılar vә mәn
hәr dәfә Mirey Maksimoffdan soruşmağı unudurdum ki, necә
olub, onların hәr ikisi gәlib İspaniyaya çıxıblar.
Çox tez çatdım. Lion vağzalı hәlә qaranlıq idi. Amma Paris
hәyatımın ilk günlәrindә mәnә elә gәlirdi ki, buralar hәmişә
qaranlıq olur. Yanımda yalnız yol çantam vardı, o da heç ağır
deyildi. Hәmin sәhәr mәn Trokadero meydanındakı kafedә artıq
Mirey Maksimoffla birgә oturmuşdum. Vağzal bufetindә saat
onadәk gözlәdim ki, ona zәng vura bilim. Mәnim hardan
danışdığımı o dәqiqә başa düşmәdi. Kafeyә әvvәl mәn çatdım.
Dәhşәt qorxurdum ki, yaşamağa yerim olmadığını söylәyәndә,
onun soyuq münasibәtindәn üşüyәm. Lakin mәnә eynәn
çimәrlikdәki tәbәssümüylә yaxınlaşdı. Elә bil dünәn ayrılmışdıq.
Deyәsәn, mәnimlә görüşdüyünә şad idi: başladı iş-gücümlә
maraqlanmağa. Vә mәn dә ona hәr şeyi danışdım: model evinә
getmәyimi dә, hәmin o yırtıcı baxışlı kişinin, dünәn, Dijondan
sonra mürgü döyәrkәn yuxuda eşitdiyim quru sözlәrini dә: “Bu
sizin tәbii rәnginizdir? Profilinizi çevirin...”
Vә elә bu mәqamda, onun qarşısında otura-otura, hönkürüb
ağladım. Əlini mәnim çiynimә qoyub dedi ki, bunlar boş şeylәrdir,
fikir vermә. Eynәn elә on yeddi yaşı olanda bir sәhәr vaxtında