Page 458 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 458
Ïàòðèê Ìîäèàíî

– Siz kifayәt qәdәr fotogeniksiniz, amma müsyö Pyerin
axtardığı yalnız bu deyil.

Mәn sıxılıb yumağa döndüm. Yәni heç bir şansım yox idi?
Bәlkә yaxşı olardı ki, bu müәssisәnin sahibiylә, hәmin o müsyö
Pyerlә dә mәslәhәtlәşәydi? Xoşlarına gәlmәk üçün nәyә desәlәr,
hazır idim, tәki müsyö Pyer bәyәnsin mәni.

– Çox tәәssüf... Biz sizi götürә bilmәyәcәyik.
Hökm çıxarılmışdı. Etiraz etmәk üçün özümdә güc tapmadım.
Bu adamın quru, sayğılı ahәngi aydınca deyirdi ki, mәnim müsyö
Pyerlә barәmdә danışılacaq qәdәr dәyәrim yoxdur.
Ayaqqabılarımı geyindim. Stuldan qalxdım. O, dinmәzcә
әlimi sıxdı, qapıya kimi ötürdü vә onu açıb, mәni bayıra buraxdı.
Küçәdә yadıma düşdü ki, çәtiri unutmuşam, amma bunun daha
heç bir әhәmiyyәti yox idi. Körpünün üstündәn keçdim vә Sona
boyunca addımladım. Gәlib, öz mәhәllәmizә çıxdım – Sen-
Bartelemi yamacına, lazaretlәr monastırının divarları altına;
sonralar bu mәnzәrәni yuxuda o qәdәr gördüm ki! Mәni bu
divarın fonunda seçmәk mümkün deyildi. Divarın kölgәsindә
әriyib, onun rәnginә düşürdüm. Vә kimsә mәni bu zülmәtdәn
çәkib çıxara bilmәzdi. Qrole küçәsindәki, altında oturub gözlәdiyim
çilçıraq amansız ağ işığına qәrq olmuş salon! Vә göy kostyumlu,
zamşa ayaqqabılı hәmin o tip yenә salondan dal-dalı çıxır.
Tәrsinә, axırdan әvvәlә göstәrilәn köhnә filmdәki kimi...
Hәmişә eyni yuxu. Neçә illәr keçәndәn sonra lazaretlәrin
divarı daha o qәdәr tünd gәlmirdi mәnә, bәzi yuxularda isә
üstünә qürubun zәif şüaları da düşürdü. Qrole küçәsindәki salonun
işığı daha xoş, yumşaq olmuşdu. Qırğı kimi baxan kişinin göy
kostyumu da elә bil bozarmış, rәngi qaçmışdı. Onun sifәti zamanla
solğunlaşmış, dәrisi sanki şәffaf olmuşdu. Yalnız saçları elәcә
qara qalmışdı. Əvәzindә indi sәsi bir qәdәr cır çıxırdı. Sanki o
deyildi danışan, köhnә, çırtıldayan val oxudurdular. Eyni sözlәr
   453   454   455   456   457   458   459   460   461   462   463