Page 447 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 447
Èòèðèëìèø äöíéà 447

– Sәn mәnimlә qalacaqsanmı? Mәni atmayacaqsan ki?
Birdәn-birә qәribә bir yüngüllük hiss etdim. Karmen, Mayo,
Rokrua, Lüdo Fuke, digәrlәri… Belә davam elәyә bilmәzdi…
Bir dә metronom inadcıllığı ilә TA-QA-DA… TAQADA…
deyә tәkrarlayaraq, yuxugörmәlәrin getdikcә sürәtlәnәn ritmini
özünә tabe etmәyә çalışan hәmin bәdbәxt. Ancaq budur, atәş
açıldı, sınıb tökülәn şüşәnin cingiltisi eşidildi, karusel dayandı –
artıq oyanmaq vaxtı idi.
Küçә qapısının işığı söndü. O, mәnim qolumu tutub buraxmırdı.
Biz әlhavasına pillәkәnlә aşağı endik. Əlbәttә, liftlә dә enә
bilәrdik, ancaq mәn qorxurdum ki, bizi birinci mәrtәbәnin
meydançasında marıtlayıb, yolumuzu kәsә bilәrlәr.
Aşağıda işığı yandırmadım, әlimlә axtarıb giriş qapısını açan
düymәni tapdım. Baş barmağımla düymәni dәfәlәrlә bassam da,
mexanizm işә düşmәdi. Onda qız qapının dәstәyindәn yapışıb,
özünә sarı çәkdi. Qapı açılmadı. Qapını aça bilmәyәcәyimizi
görüncә, işığı yandırdım vә aşağı әyilib, açar deşiyini nәzәrdәn
keçirmәyә başladım. Elә bu an arxadan sәs gәldi. Qapıçının
kiçik otağının şüşәli qapısı açıldı. Yun parçadan şalvar vә zolaqlı
gödәkcә geymiş ortaboylu, qarasaçlı adam göründü.
– Burada nә işiniz var?
Sual kobud sәslәndi. Şübhәsiz, qapıçıya elә gәlirdi ki, cinayәt
başında iki oğru yaxalayıb. Beynimdәn ani bir fikir keçdi: “O,
bizdәn şübhәlәnsә dә, biz oğru deyilik. Əslindә, oğru olsaydıq,
bundan yaxşıydı”.
– Qapı açılmır, – mәn mızıldandım.
O, bizә yaxınlaşdı. Sınayıcı nәzәrlәrlә gah mәnә, gah da qıza
baxırdı.
– Haradan gәlirsiniz?
– Müsyö Xeyuordgildәn, – cavab verdim.
– Mәncә, o, dünәndәn evdә yoxdur…
   442   443   444   445   446   447   448   449   450   451   452