Page 449 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 449
Èòèðèëìèø äöíéà 449
heç kәs axtarıb tapa bilmәzdi. Bәs gecәni harada keçirәcәyik?
Kafedәn çıxandan sonra Raymon Puankare prospektinin әvvәlindә,
yolun sol tәrәfindә hotel lövhәsi gördüm. Qara lövhәnin üzәrindә
qızılı hәrflәrlә yazılmışdı: “MALAKOF HOTELİ”
Hotelin hollunda portye sәnәdlәrimizi soruşmadan bizә
qeydiyyat kartları verdi. Mәnim tәrәddüd keçirdiyimi görmәsin
deyә kartda öz hәqiqi adımı vә doğum tariximi qeyd etdim – Jan
Dekker. 25 iyul, 1945-ci il. Hәtta doğulduğum yeri dә qeyd
etmәyi unutmadım: Bulon-Biyankur. Yaşadığım ünvan haqqında
sual mәni karıxdırsa da, özümü o yerә qoymayıb, yazdım: Roden
küçәsi, 2, Paris (XVI dairә). İndi fikirlәşirәm ki, görәsәn, onda
qәsdәn belә yazmışdım, yoxsa yox?
Qız yalnız sәhәr açılanda yuxuya getdi. Mәndәn xahiş etdi ki,
çarpayının baş tәrәfindәki gecә lampasını söndürmәyim. O, sol
üzünü balışa sıxmışdı, sol qolunu dirsәkdәn qatlayıb, müdafiә
olunurmuş kimi әllәrilә çiynini qucaqlamışdı. Üzünü yadda sax-
lamaq üçün bir müddәt gözlәrimi ondan çәkmәdim. On doqquz
yaşlı qız. Ortaboyludur. Qarayanızdır. Lavandayla әtirlәnir. Onu
hәlә tanıyıb, tutmayıblar.
Gecә lampasını söndürdüm. Ayaqqabılarımı әlimә götürüb,
barmaqlarımın ucunda otaqdan çıxdım. Sakitcә qapını arxamca
örtdüm vә ayaqqabılarımı geyindim.
Trokadero meydanına gәlәndә hava işıqlaşırdı. Yay yenicә
başlamışdı. Birdәn-birә Şayo sarayının önündәki meydançadan
keçib, son dәfә Eyfel qüllәsinin, ağacların, evlәrin damlarının,
aşağıda lal axan Senanın vә körpülәrinin tamaşasına durmaq
istәdim.
Ancaq, yox. Artıq buralarda Jan Dekkerә yer yoxdur – tezliklә
onun hoteldә doldurduğu qeydiyyat kartı polisin әlinә keçәcәk.
Artıq mәn bu oxşarımı tәrk etmәli, uşaqlığımı, yeniyetmәliyimi