Page 451 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 451
Èòèðèëìèø äöíéà 451

– Mәnә deyirdi ki, telefon soraq kitabçalarında ürәyin istәyәn
bütün mәlumatları tapa bilәrsәn. Sadәcә gәrәk axtarmağın çәmini
bilәsәn.

Köhnә qeyd dәftәrçәmin vәrәqlәri arasında bir kağız parçası
tapdım, kağıza onun soyadı vә Sen-Moredәki ünvanı yazılmışdı.
Hәmin soyada bu ilin telefon soraq kitabçasında da rast gәlmişdim:
Serryuore bulvarı, 76, XIX dairә, 76, tel. 208-76-68. Rokrua
haqlıymış. O, hәyatdan baş çıxaran adam idi.

Sәhәr saat doqquz. Hava hәlә o qәdәr dә bürkülü deyil, bax-
mayaraq ki, günәş artıq buludsuz sәmada od saçır. Serryuore
bulvarındakı 76 nömrәli evin qırmızı divarları bir ucu dairәvi
yola qәdәr uzanan parkın yaşıllıqları arasında o dәqiqә sezilirdi.

Bir az aralıdakı kafeyә gәlib, telefon nömrәsini yığıram.
Telefon diskini artıq beşinci dәfәdir ki, fırladıram: 208-76-68.
Heç kәs cavab vermir. Kafedәn çıxıram. Bulvarda ins-cins yoxdur.
Yolun o tәrәfindәki boşluqda sarı bina gözә dәyir – deyәsәn,
kilsәdir. Serryuore bulvarının eniş hissәsinin düzәngaha qovuşduğu
yerdә otururam. Vaxtilә Mayonun dediklәrini xatırlayıram:
“Yuxarılara getmәk bir az çәtin olacaq. Amma aşağıya gәlәndә
görәcәksiniz… Üzüaşağı sürmәk… Əsl kefdir!”. Zәfәr tağı
küçәsi. Mak-Maqon prospekti.

Serryuore bulvarı. Dyu-Nor prospekti – o da mailidir, düz
Marnanın sahilinәcәn uzanır. Budur, Serryuore bulvarının enişindә
әlindә çamadan olan bir siluet görürәm, çamadan onun әlinә
zәncirlә bәnd edilib. Zәncir gün işığında parıldayır. Bәlkә bu,
ilğımdır? Siluet get-gedә yaxınlaşır. Bu, odur. Onu sәrbәst, әdalı
yerişindәn tanıyıram. O, plaş geyib, amma bu dәfә Lüdonun
plaşını yox. Bu plaş zümrüd rәngindәdir.

O, gәlib mәnә çatınca ayağa qalxıram. Bu, gözdәn-könüldәn
uzaq, istidәn vә kimsәsizlikdәn qovrulan bulvarda onunla baş-
başa qalırıq. Çamadanını aparmağa kömәk etmәk istәyirәm.
   446   447   448   449   450   451   452   453   454   455   456