Page 452 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 452
– Sağ olun.
– Mәzuniyyәtdәn qayıdırsınız?
– Hә. Bir az çәtindir. Metrodan çox uzaqda yaşayıram.
Yanaşı Serryuore bulvarındakı 76 nömrәli kәrpic evә doğru
addımlayırıq. Susuruq. Hava istilәşir, amma o, plaşını çıxarmır.
İyirmi il keçsә dә, çox az dәyişilib. Hәminki qara saçlar, sadәcә
qısa vurulub. Hәminki gözlәr. Ortaboyludur. Dәrisi süd kimi
ağdır…
– Harada dincәlirdiniz?
– Cәnubda.
– Cәnubdan qayıdan adama oxşamırsınız, az qaralmısınız…
O daha uzaq yerlәrdәn qayıtmışdı. Karmen. Rokrua. La-Va-
ren-Sent-İler. Paris. Enişli küçәlәr… çamadanı yüngüldür. Oğrun-
oğrun ona baxıram. Alnında böyük bir çapıq var. Bәlkә zamanın
möhürü, nişanәsidir. Ya da yaddaşı hәmişәlik pozan bәdbәxt ha-
disәlәrdәn birinin izidir. Bax, bundan sonra mәn dә heç nәyi xa-
tırlamaq istәmirәm.