Page 448 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 448
Ïàòðèê Ìîäèàíî

Qız ağappaq olmuşdu. Mәnim qolumu sıxmağa davam edirdi.
Mәnә elә gәlirdi ki, indicә huşunu itirib, yerә yıxılacaq.

– Bizi özü dәvәt etmişdi…
– Dәvәt etmişdi?
– Hә.
Qapıçı kiçik qara gözlәrini üzümüzdәn çәkmirdi.
– Müsyo Xeyuordun qonağısınızsa…
Onun bu sözlәrindә istehzalı bir nifrәt sezilirdi. Belә görünürdü
ki, Xeyuorddan zәhlәsi gedir. Onu başa düşmәk çәtin deyildi –
hәr halda Xeyuordun bazarı xatırladan mәnzili yaxşı ad
çıxarmamışdı.
O, giriş qapısının yanına gәldi. Bir anlığa fikirlәşdim ki, qapı-
nın önündә dayanıb, çıxışımızı әngәllәmәk istәyir. Ancaq yox.
O, baxışlarını üzümüzdәn ayırmadan qapının rәzәsini çәkdi. Son-
ra qapını azacıq aralayıb, çölә çıxmağımız üçün dar keçid qoydu,
onun yanından sivişib keçәrkәn isә bizi bir daha tәpәdәn-dırnağa
süzdü. Bizә elә diqqәtlә baxırdı ki, elә bil bizim üz cizgilәrimizi
hәmişәlik yaddaşına hәkk etmәk istәyirdi. Hә, mәn artıq şübhә
etmirdim: o, atәş sәslәrini eşitmişdi.
Qız qollarımdan asılmışdı, güclә yeriyir, әsib-titrәyirdi. Tro-
kadero meydanının yanından keçdik. Buradakı kafelәrdәn biri
hәlә açıq idi, biz terrasdakı stolun arxasında әylәşdik. Şayo teat-
rından dәstә-dәstә çıxan adamlar biz tәrәfә gәlir, danışa-gülә әt-
rafımızdakı stollara әylәşirdilәr. Binaların qarşısındakı açıqlıqda
turist avtobusları dayanmışdı.
Mәn iki qәdәh albalı likörü sifariş etdim. Sonra sifarişi tәkrar-
ladım. Sonra yenә. Qız bir az özünә gәldi, rәngi allandı. Daha tit-
rәtmirdi. İndi mәn özüm-özümü sakitlәşdirmәyә çalışırdım. Hәlә
möhlәtimiz vardı – bu iyun axşamı bizi burada, bu kafenin terra-
sında, turistlәrin vә teatr tamaşasından çıxmış adamların arasında
   443   444   445   446   447   448   449   450   451   452   453