Page 443 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 443
Èòèðèëìèø äöíéà 443

alaqapını örtür. O, mәnim yanıma gәlir. Bu gün artıq Lüdonun
plaşını geymәyib, әynindә yüngül tünd-göy don var.

– Yaşadığım yeri çox axtarmalı oldun?
– Yox.
– Nәylә gәldin buraya?
– Qatarla.
Hava isti idi. Bu saatlarda vaqonda gedәn yeganә sәrnişin
mәn idim. Qatarla qızın yanına, bağ evlәrinin salındığı rayona
gedirdim. Reyi. Sen-Mande. Vensen. Biarrits. Juenvil-le-Pon.
Sen-mor-de-Fossen. Baden-Baden.
– İstәyirsәn, La-Varenә gedәk?
Dyu-Nor prospekti yana burulur vә sonra aşağıya, Marnaya
doğru uzanır. Maraqlıdır, görәsәn, bu gün bu yamacla aşağıya
getmәli olacağammı? Əslindә, nә fәrqi var axı, hamısı birdir.
Onsuz da, o tәrәflәrә getmәyә özümdә güc tapa bilmәyәcәyәm.
Hәm dә, әminәm ki, artıq nә Dyu-Nor prospekti var, nә cökә
ağacları, nә dә sahil küçәsindәki “Adalarda qaraj”, bunların heç
biri yoxdur dünyada.
Sahil küçәsi ilә addımlayırdıq. İki-üç yüz metr irәlilәdikdәn
sonra Şampini körpüsünü adladıq, boz rәngli şәhәr evlәri getdikcә
daha yaraşıqlı malikanәlәr vә villalarla әvәzlәnmәyә başladı.
– Gәlib çatdıq. Bu da La-Varen, – o, tәntәnәli surәtdә bәyan
etdi, sanki hәyatımızın vacib hadisәsini xәbәr verirdi.
Bu gün hәmin hadisәlәri xatırlayarkәn düşünürәm ki, onda,
doğrudan da, vacib mәsәlәdәn söhbәt gedirdi. O gün onunla
birgә La-Varen-Sent-İlerә getdiyim zaman keçirdiyim hisslәri
başqa bir şәhәrdә keçirdiyimi güman etmirәm. Hәr halda, nә
qәdәr xatırlamağa çalışsam da, xatırlaya bilmirdim.
– Çoxdan burada yaşayırsan?
– Hә… Mәn burada doğulmuşam.
   438   439   440   441   442   443   444   445   446   447   448