Page 441 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 441
Èòèðèëìèø äöíéà 441
nümayiş etdirib, hamıya deyirdi ki, “sutkanın iyirmi dörd saatı
döyüşә tam hazır” vәziyyәtdәdir.
– Bu tiplә niyә görüşürsünüz ki?
– Başqa yolum yoxdur… O, mәnә min frank borc verib… –
Qız diqqәtlә üzümә baxdı. – Siz tәlәbәsiniz?
– Yox.
Qız Lüdonun plaşında lap yeniyetmә kimi görünürdü. O, indi
böyüklәri yamsılayaraq, dikdaban ayaqqabılar geymiş vә
müvazinәtini güclә saxlayan qızcığaza oxşayırdı.
– Sizin neçә yaşınız var? – Ondan soruşdum.
– İyirmi.
Mәnim dә iyirmi yaşım vardı. Cәmisi bir gün fәrqlә dünyaya
gәlmişdik. Bu cür tәsadüflәrә nadir hallarda rast gәlinir.
Anri Marten küçәsini keçdik, sonra Jorj Mandel küçәsi ilә
Trokaderoya kimi getdik. Bağlardakı ağaclar vә binaların şәbәkәli
hasarlarının o üzündәki sıx kolluqlar yağışdan islanmışdı. Küçә-
lәrdәn hansınınsa tinindә uçulub-dağılmaqda olan bir malikanәnin
bağından doqquzdon qoxusu gәlirdi. Qız saatına baxmaq üçün
Lüdonun plaşının qolunu yuxarı çәkdi.
– Hәlә sonuncu qatara çata bilәrәm.
– Harada yaşayırsınız ki?
– Sen-Morda. Tanıyırsınız?
– Yox.
Parisin şәrq tәrәflәrindә Vensen bağlarından o yana
getmәmişdim.
– Taksi götürün. Mәnim pulum var…
Ciblәrimi çevirdim. Otuz frankım vardı – bu pul taksiylә Sen-
Mora kimi getmәyә kifayәt edәrdi.
– Çox sağ olun. Pulu sabah sizә qaytararam. İstәrsәnizsә,
yanıma gәlin… Sabah nahardan sonra boşam…