Page 438 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 438
Ïàòðèê Ìîäèàíî

– Siz elә ilk işıqfordaca düşә bilәrsiniz, – onun qulağına pıçıl-
dadım.

– Yox…yox…düşә bilmәrәm… bacarmaram… Bu tip – vәh-
şidir, yırtıcıdır… – Qız әliylә Lüdo Fukeni göstәrdi. – Maşından
düşsәm, mәni döyәr.

– Nә naqqallıq elәyirsәn orada? – Fuke soruşdu.
– Heç, elә-belә.
– Boş-boş danışırsan da… aydın mәsәlәdir…
Fukenin barmaqlarının Karmenin çiynindә oynadığını vә
yavaş-yavaş onun boynuna yönәldiyini görmәk mәnә ağır gәlirdi.
Martina Xeyuord siqaret yandırıb, üzünü üzümә yaxınlaşdırdı.
– Siz bizimlә qalacaqsınız? – O, pıçıltıyla soruşdu.
O, baldırını baldırıma söykәmişdi. O da Karmen kimi çox
içmişdi. Lüdo Fuke dә onlar kimi. Bu sonsuz gecәlәrdә yalnız
Xeyuord içib sәrxoş olmurdu. O, xәyalat deyildi, onu gündüz
saatlarında tәsәvvürә gәtirmәk olurdu. Amma bu hәyata hәlә nә
qәdәr dözәcәkdi, bunu bilmirdim.
Terrasdakı kiçik lampaların gur işığı şüşәli qapıdan qonaq
otağına düşür, otağın künc-bucağında iri lәkәlәr әmәlә gәtirirdi.
Karmen bu lәkәlәrdәn birinin ortasında, divanda uzanmışdı.
Döşәmәdә oturmuş Lüdo Fuke telefonun dәstәyini çiyni ilә
qulağına sıxmışdı.
– Qәribәdir… Jan Terayra zәng elәyә bilmirәm…
– Jan Terayra tüpür getsin, – Xeyuord dedi.
– Yox, niyә ki?.. O, maraqlı adamlar gәtirә bilәr…
– Bәlkә, musiqi dinlәyәk? – Martina Xeyuord soruşdu.
O, paltarını çıxarıb, hamam xalatı geymişdi.
– Yaxşı fikirdir… musiqi dinlәyәk, – Fuke dedi. – Nәsә qan
coşduran musiqi olsun… Qadın sәsi… Zәnci qadının sәsi…
Xeyuord qәdәhlәrә kәhrәba rәngli içki süzürdü. O, qәdәhlәri
paylamağa başladı – әvvәlcә Karmenә verdi, sonra Lüdo Fukeyә,
   433   434   435   436   437   438   439   440   441   442   443