Page 435 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 435
Èòèðèëìèø äöíéà 435
bilәrdik. Monten küçәsi. Yelisey çöllәri. Yenidәn Monten küçәsi.
III Aleksandr körpüsü.
– Sizi hotelә aparım? – Xeyuord soruşdu.
– Hә, aparsanız yaxşıdır.
O maşın da bunun kimi böyük idi. Onu da indiki kimi Xeyuord
sürürdü. Amma o axşam mәn arxa oturacaqda tәk deyildim –
Martina Xeyuordla başqa bir qızın arasında oturmuşdum. Karmen
isә qabaq oturacaqda Xeyuordla yanaşı әylәşmişdi. Lüdo Fuke –
sarı-boz plaş geymiş mavigözlü şaten Karmenin yanında oturub,
çiynini qucaqlamışdı. Xeyuord motoru işә salıb, hәr dәfә mәclis
uzananda verdiyi sualı tәkrarlayırdı… İyirmi ildәn sonra o, hәmin
sualı verdi:
– Sizi hotelә aparım?
Onda o, bu suala cavab gözlәmirdi. Bu, bir zarafat, bir növ
ritual idi. O bilirdi ki, bitib-tükәnmәk bilmәyәn bu gecә macәraları
mәnim ürәyimcәdir vә hәr vәchlә Karmeni onların kompaniyasından
aralamaq istәyirәm.
– Yox-yox. O mәnimlә qalacaq, onu hotelә-filana aparmaq
lazım deyil, – Karmen Xeyuorda deyirdi. Onun sәsindәn vә
Xeyuorda “sәn” deyә müraciәt etmәsindәn bilirdim ki, hәmişәkindәn
çox içib.
Maşın yerindәn tәrpәndi. Biz Əlillәr evinin qarşısındakı mey-
dandan keçib, sahil küçәsi istiqamәtindә irәlilәmәyә başladıq.
Bir neçә dәqiqә bundan qabaq burada dayanarkәn, hәmin axşamı
xatırlamışdım – bütün olub-bitәnlәrin mәhz bu şәhәrdә baş
verdiyinә özümü inandıra bilmirdim. Onda biz Əlillәr evinin
qarşısındakı meydanın sağ tәrәfilә uzanan Faber küçәsindәki
restorandan yenicә çıxmışdıq. Əslindә, bura hәm restoran, hәm
dә gecә kabaresi kimi tanınmışdı. Qırmızı mәxmәrlә üzlәnmiş
böyük zal. Büllur qablar, güzgülәr, qara lak çәkilmiş tavan. Sanki
hәr şey bir az köhnәlib-yıpranıb. Kuba orkestri çalır. Meydançada