Page 431 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 431
Èòèðèëìèø äöíéà 431
O, sözünü deyәn kimi dәstәyi yerinә qoydu vә mәn Filipp
Xeyuordla danışıb-danışmadığımı ondan soruşmağa macal
tapmadım.
– Müsyö, portyenin piştaxtasının yanında sürücü sizi gözlәyir.
Əvvәlcә “Avtomobillәrin prokatı firması”nın şәrәfinә özümün
köhnә, iyirmi illik qara gözlüyümü taxmaq istәdim, düşünüb-
daşındıqdan sonra güzgülü şüşәlәri olan gözlüyümü götürdüm.
Bu, o idi. Sifәti dolğunlaşmışdı, saçlarına dәn düşmüşdü. Onu
dәrhal tanıdım – özünü hәlә dә uşaq kimi aparırdı. Alpaka
yunundan göy kostyum. Tünd-qırmızı qalstuk.
– Xoş gördük, müsyö, – O, hәmişәki kimi özünü tox tutmağa
çalışırdı. Sәsinin tәmkinli-yorğun tonundan belә başa düşmәk
olardı ki, o, cәmiyyәtdә özünü daha yaxşı yerlәrә layiq bilir.
Bәlkә dә yanılıram, bәlkә dә, o hәlә hәmin vaxtlardan sürücü
işlәyir? Onu tәsadüfәn stüard formasında gördüyüm vaxtları
xatırlayıram… O, mәni etinasız, laqeyd baxışlarla süzdü. Yox,
deyәsәn, mәni tanımadı. Bürkülü küçәyә çıxdıq. Külәk yatmışdı.
Maşın bizi Kastilyone vә Sent-Onore küçәlәrinin kәsişmәsindә
gözlәyirdi. Böyük, qara amerikan maşını idi.
– Ümid edirәm, bu maşın xoşunuza gәlәr, müsyö…
– Yaxşı maşındır.
O, qapını açdı vә mәn arxa oturacağa әylәşdim.
– Haraya gedәcәyik?
– M-m… Parisi gәzәcәyik… Eyfel qüllәsi… Əlillәr evi…
Yelisey çöllәri… Piqal meydanı…
– Oldu, müsyö… Hansından başlayaq?
– Eyfel qüllәsindәn…
Gözlüyümü çıxartdım. O, arxa güzgüdә mәnә baxdı.
– Parisi tanıyırsınız?
– İyirmi ildir Parisdә olmamışam. Bu illәr әrzindә Paris çox
dәyişilib?