Page 426 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 426
Ïàòðèê Ìîäèàíî
nömrәni tuturdu. Rokrua öz aramızda mәnә demişdi ki, Mayo
Parisә narkotik asılılığından müalicә almağa gәlir, o çoxdandır
narkotikә qurşanıb. O, Karmendәn beş yaş böyük idi. Qita otuz
üç yaşındaydı, Karmenin isә otuz doqquz yaşı vardı, indi mәnim
yaşım qәdәr. Xeyuordlar ondan bir neçә il gәnc idilәr. Rokrua
Lüsyen Blenin nәslindәn idi. O, 1909-cu ildә doğulmuşdu. Blen
– 1906-cı ildә. Mәn bunları dәqiqlәşdirmәliyәm, çünki o bahar
çox tez ötüb-keçdiyi üçün yaddaşımda yalnız dumanlı obrazlar
qalıb. Onlara bütün suallarımı verә bilmәdim, hәr birini daha
yaxından tanımağa, üzlәrinә yaxşı-yaxşı baxmağa macalım olmadı.
Jorj Mayo. İlk baxışda yanağından qan daman, hәyat enerjisi
aşıb-daşan bu adamı içәridәn gәmirәn nә idi? Köhnә nevrasteniyadır
– Rokrua Karmen haqqında belә deyirdi. Mayonun qәhqәhәlәrlә
uğunub getmәsini, onun mavi gözlәrini, özü özünü araya qoyarkәn
dediyi kimi, “qladiator” obrazını xatırlayıram. Onun Truayon
küçәsindәki hotelin 14-cü otağında inildәdiyi günlәri dә xatırlayıram.
Müalicә kürsu keçdiyi vaxtlarda o, özünü saxlaya bilmәyib içirdi
vә spirtli içkiylә trankvilizatorlar bir-birinә qarışaraq, güclü mәdә
spazmları yaradırdı. Ancaq yumor hissini itirmirdi. “Yenә dә
sәni yatmağa qoymadım, dostum, – sәhәr açılanda mәnә deyirdi.
– Gәlәn dәfә ağzıma tıxac basarsan”.
Bir dәfә, may ayının bazar günündә Mayo ilә birlikdә prokata
velosiped götürmüşdük. Bilirdik ki, kvartalımızın әksәr küçәlәri
mailidir. Mayo velosipedlә küçәnin lap yuxarılarına qalxıb, sonra
enişә sürmәyimizi tәklif etdi. Axşamdan siyahı da tutmuşduq:
Karno küçәsi,
Anatol-de-la-Forj küçәsi,
Zәfәr Tağı küçәsi,
Mak-Maqon küçәsi.
– Yuxarılara getmәk bir az çәtin olacaq, – Mayo dedi. – Amma
aşağıya gәlәndә görәcәksiniz… Üzüaşağı sürmәk… Əsl kefdir!