Page 427 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 427
Èòèðèëìèø äöíéà 427

O, velosiped sürәrkәn dәqiqәbaşı qәhqәhәylә gülürdü vә mәn
fikirlәşirdim ki, bu dünyada onun gülüşünü heç nә boğa bilmәz,
bu, onda dәyişilmәyәcәk olan yeganә şeydir.

Doğrudan da, bahar günәşinin işıqlandırdığı küçәlәrdәn sәrbәst
velosiped yürüşü ilә keçib getmәyin hәzzi başqadır. Rokrua ilә
şam yemәyini mәhәllәmizdәki restoranın terrasında, kişilәrin
kompaniyasında yedik. Onlar Karmen haqqında danışırdılar. Bir
dә keçmiş haqqında. Rokrua Karmenin tamamilә müflis olmaması
üçün dәridәn-qabıqdan çıxmışdı, bir neçә ay әvvәl onu “faciә”dәn
qurtarmışdı. Karmen artıq oynamırdı – bunun özü dә qәlәbәydi.
O, Karmeni kazinoya getmәkdәn çәkindirmişdi, inandırmışdı ki,
kazinonun yolunu unutsa yaxşıdır.

– Xeyir iş gördün, Daniel, – Mayo dedi.
Blen ölәndәn sonra hәr şey yavaş-yavaş tәnәzzül etmәyә başladı.
Halbuki, cәmisi on il keçmişdi… Rokrua “hәr şey” deyәrkәn,
adamda elә tәәssürat yaranırdı ki, o tәkcә Karmenin maliyyә
vәziyyәti barәdә yox, hәm dә özü, Mayo, Paris vә ümumiyyәtlә,
hәyat haqqında danışır. Nә qәdәr ki, Blen sağ idi, dünya öz
müvazinәtini saxlayırdı, hәr kәsin öz ağırlıq nöqtәsi vardı, hamını
ümumi ortaq dәyәr vә (niyә dә yox?) mәnalı hәyat birlәşdirirdi…
Blen sanki dәmir qırıntılarını özünә çәkәn maqnit idi.
– Müalicәn necә keçir? – Rokrua Mayodan soruşurdu.
– Nә o yanlıqdır, nә bu yanlıq… Amma istәnilәn halda, Dorislә
evlәnәndәn sonra mәnә elә gәlir ki, tәzәdәn hәyata başlamışam.
Hәm dә, Romada yaşamaq çoxdankı arzum idi. – O, mәnә sarı çev-
rildi: – Siz Romanı görmәlisiniz… Bu şәhәr xoşunuza gәlәcәk…
– Bәlkә dә yanılıram, – Rokrua dedi, – ancaq mәncә, Roma bir
növ sığınacaqdır… Ömrünü Romada çürüdәn adamları yadına sal…
O, Jorj Mayo kimi bu şәhәrdә mәskunlaşmış bir neçә fransız
aktyorunun adını çәkdi.
   422   423   424   425   426   427   428   429   430   431   432