Page 432 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 432
Ïàòðèê Ìîäèàíî

– Lap çox.
Bu sözlәrdә güclә hiss edilәn bir kәdәr vardı. Ancaq Paris çox
dәyişilsә dә, Xeyuord iyirmi il әvvәlki kimi qoxuyurdu. Onun
istifadә etdiyi “Akva-di-Selva” tualet odekolonu artıq dәbdә
deyildi. Roden küçәsindәki mәnzilinin vanna otağında bu tualet
odekolonun tünd-yaşıl flakonlarını xatırladım.
– Amma Eyfel qüllәsi dәyişilmәyib… – o, azacıq mәn tәrәfә
әyilib dedi.
Kraliça xiyabanını keçib, III Aleksandr körpüsünә yan aldıq.
Buradan sağ sahildәki mәhәllә ovuc içindәymiş kimi görünürdü.
Bir vaxtlar Karmenlә buralarda çox gәzişәrdik. Əbәs yerә
düşünürmüşәm ki, Trokadero bağının fәvvarәlәrinin yanında
yüzlәrlә turist әylәşib, Hәmrәylik meydanında isә rәngbәrәng
avtobuslar dolaşır: Qran-Pale dә, Passi tәpәlәri dә, Senanın sahil
küçәlәri dә ölü şәhәrin ayrı-ayrı hissәlәrindәn başqa bir şey
deyildi. Hәr halda, mәnimçün ölü şәhәrin…
– Bu da Eyfel qüllәsi…
Başımı maşının pәncәrәsindәn çıxarıb, qüllәyә baxdım.
Qәribәdir, muzdlu sürücü işlәyәn, saçlarına dәn düşmüş Xeyuord
kimi Eyfel qüllәsi dә bu bürkülü axşamda mәnә xәyal kimi
görünürdü.
– Baxdınızmı, necәdir? Sakre-Ker tәrәflәrә gedәkmi?
Deyәsәn, o, Parisi yaxşı-yaxşı gәzmәk istәyәn müştәrinin
nazı ilә oynamaq fikrindә deyildi.
– Yox-yox… Əvvәlcә Əlillәr evi…
– Yaxşı, müsyö.
Bәlkә, mәni tanıyıb? O, sahil küçәsi ilә geriyә qayıtmaq üçün
sola buruldu. Cib dәsmalıyla alnının tәrini sildi. Maşının şüşәlәri
endirilmişdi, ancaq o qәdәr istiydi ki, bunun faydası dәymirdi.
Gündüz olduğundan da istiydi.
   427   428   429   430   431   432   433   434   435   436   437