Page 430 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 430
Ïàòðèê Ìîäèàíî
– O-o.. Bağışlayın, müsyö… Adamların üzü yadımda qalmır.
Ancaq mәnim vәziyyәtimdә bu, bәlkә dә, әlavә mәrifәtdir… sa-
dәliyә, tәvazökarlığa zәmanәt…
Onun sәsi dә gülüşü kimi qılığagirәn-mülayim idi. Kartın üs-
tündәki ada baxdım – Xeyuord.
– Xeyuord adlı birisini tanıyırdım, bu çoxdan olub…
– Müsyö, istәrsәnizsә, sizin adınızdan zәng edә bilәrәm.
– Ona müştәri tapdığınız üçün Xeyuord sizә pul ödәyirmi?
– Nә danışırsınız, müsyö! Bu hardan ağlınıza gәldi?
Otağıma gәlib, çarpayıya oturdum. “Xeyuord. Bahalı maşınların
prokatı. Əla maşınlar, sürücüsü ilә. Turist marşrutları. Paris by
Night. Roden küçәsi, 2 (15-ci dairә). Tel. – TPO 46-26”.
Hә, bu onların köhnә ünvanıdır. Nömrәni yığdım.
– Alo! Xeyuordun agentliyi, buyurun, – kişi sәsi eşidildi.
Maraqlıdır, o haradan danışır – qonaq otağından? Yadımdadır,
onun qonaq otağının böyük eyvanı vardı – buradan kiçik dәmir
pillәkәnlә damdakı terrasa qalxmaq olurdu.
– Mәn maşın kirayәlәmәk istәrdim.
– Sürücüsü ilә birlikdә?
– Hә, sürücüsü ilә.
Mәnimlә danışan kim idi – onun özü, yoxsa işçilәrindәn biri?
– Maşın nә vaxta lazımdır, müsyö?
– Bu axşam, saat doqquza.
– Ünvanınızı deyin.
– “Lotti” hoteli.
– Maşın hansı müddәtә lazımdır?
– İki saatdan çox çәkmәz. Parisdә turist gәzintisinә çıxmaq
istәyirәm.
– Çox gözәl. Adınızı bilmәk olarmı?
– Müsyö Qayz. Embrouz Qayz.
– Oldu, müsyö. Bu axşam, “Lotti” hoteli, saat doqquzda.