Page 428 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 428
Ïàòðèê Ìîäèàíî

– Tәsәvvür edin ki, mәn onlarla görüşmürәm… Mәn yalnız
Dorisin dostları ilә görüşürәm… Əslindә sәn haqlısan, amma hәr
halda, sәnin dediklәrin ona aid deyil… – Mayo barmağını mәnә
tuşladı. – Onun yaşında olan adam üçün – Roma, Paris – nә fәrqi
var?..

Şam yemәyini bitirmәyimizә az qalmış hündürboylu, gonbul
bir kişi gәlib, bizim stolumuzda oturdu vә özünә qәhvә sifariş etdi.
Mayo onu tәqdim etdi, amma mәn onun adını eşitmәdim. İndi onu
xatırlayarkәn düşünürәm ki, o adam Tenten Karpantyeri idi.

– Maşını qarajdan gәtirdinmi? – Mayo ondan soruşdu.
– Hә.
– Nә olmuşdu ki?
– Tormozlarda problem vardı…
Mayo ilә Karpantyeri qalxdılar.
– Dorisi Orlidә qarşılamalıyam…
Mayo dostyana әlini çiynimә vurdu.
– Hoteldә sәhәr yemәyindә görüşәrik… Doris icazә versә,
ikilikdә velosipedlә dolaşarıq…
Onların maşına әylәşdiklәrini gördüm. Karpantyeri sükan
arxasına keçdi vә maşın sürәtlә yerindәn tәrpәndi. Rokrua ilә
mәn susurduq.
– Siz gәrәk onun dәvәtini qәbul edib, Romaya baş çәkәsiniz…
Jorj çox yaxşı adamdır…
Rokruanın dediyinә görә, Jorjla Karmen qısa sevgi macәrası
da yaşayıblar. Onda Karmenin iyirmi beş yaşı varmış.
– Lüsyen buna barmaqarası baxırdı… O, Karmeni yaxşı
tanıyırdı… Vә bәzәn onun yüyәnini boşaltmağı bacarırdı… Atbaz
idi axı …
Rokrua onun Kursel küçәsindәki evinә kimi birgә getmәyimizi
tәklif etdi. Gözәl bahar axşamı idi. Yolboyu mәnimlә bir ata kimi
danışırdı. Mәnim gәlәcәyim onu çox narahat edirdi. Maraqlıdır
   423   424   425   426   427   428   429   430   431   432   433