Page 433 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 433
Èòèðèëìèø äöíéà 433

O, evlәrin arasındakı açıqlıqda maşını saxladı. Projektorların
süd kimi ağ, gur işığı Əlillәr evinin günbәzini işıqlandırır, binaya
nәhәng illüzionist pannosuna bәnzәr görüntü verirdi. Eyfel
qüllәsinin yanında olduğu kimi, yenә dә irreallıq hissi bütün var-
lığımı sardı, – bu hissi boğmaq üçün bu açıqlıqla bağlı xatirәlәrimi
qurdalamağa başladım; uşaqlığımda anam mәni hәr il burada
keçirilәn yarmarkaya gәtirәrdi, burada manejlәr qurulardı, tir
açılardı. Tirdә karabindәn atәş açardıq…

– Əlillәr evinә yaxından baxmaq istәyirsiniz?
– Yox, lazım deyil…
“Eyr Frans” aerovağzalının yanında Orli aerodromundan gәlәn
avtobuslar turistlәri boşaldır, növbәti yükü gәtirmәk üçün yenidәn
yola çıxırdılar. Öz ağır yüklәrinin altında ikiqat olmuş turistlәr
isә, metal çәrçivәyә salınmış arxa çantalarının altında әyilә-әyilә
o biri avtobuslara tәrәf qaçırdılar. O qәdәr çox avtobus vardı,
adama elә gәlirdi ki, gözlәrin önündә qoşunlar yerdәyişmә
әmәliyyatı keçirir.
– İndi haraya gedәk, müsyö?
Ona tәrәf әyilmişdim, çәnәm az qala onun çiyninә dәyirdi.
“Akva-di-Selva”nın kәskin qoxusu burnumu gicişdirirdi.
Sözlәri az qala hecalara bölәrәk, aydın tәlәffüz etmәyә çalışdım:
– Hotelә qayıdacağıq. Amma әvvәlcә bir dәqiqәliyә Alma
meydanında dayanarıq, sizә göstәrәrәm harada…
O, maşını döndәrib, sahil küçәsilә getmәyә başladı, sonra
Alma körpüsünü keçdi.
“Frensisin yanında” kafesinin terrasında iynә atsan, yerә
düşmәzdi. Sәkiyә dә stollar qoymuşdular. Yaxınlıqda dayanmış
açıq-mavi rәngli avtobusun yan tәrәfindә iri qırmızı hәrflәrlә
yazılmışdı: “PARİS – ÜMUMİ EKSKURSİYA”.
– Sağ tәrәfdә saxlayın… Jan Qujon küçәsinin әvvәlindә…
– Burada?
   428   429   430   431   432   433   434   435   436   437   438