Page 429 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 429
Èòèðèëìèø äöíéà 429
ki, o, Mayo ilә tanış olanda, onun da on doqquz yaşı varmış –
onlar 1939-cu ildә Lacivәrd sahildә tanış olmuşdular. Mayo da
mәnim kimi, bilmirmiş hansı işin qulpundan yapışsın. Kannda o,
yaşca özündәn böyük, Karmenә oxşayan Drida Brikar adlı bir
qadınla oturub-durmağa başlayır. Bu gәnc onun qәlbini ovlayır.
Drida Brikar isә Rokruayla Lüsyen Bleni çoxdan tanıyırmış.
“Görürsünüzmü, Jan, dünya necә kiçikdir…”
Ancaq Karmen vә ya Drida Brikar kimilәri – hәyat yolunun
seçimi demәk deyillәr. Onda Rokrua Mayoya mәslәhәt gördü ki,
Parisә gedib, dram sәnәti kursuna yazılsın. Mәnә gәlincә?
Mәnim marağım nәyәdir? Kitablara. Elә isә, niyә dә öz gücümü
әdәbiyyatda sınamayım? Hә?
Hәyatda mәqsәdin olmalıdır. Yoxsa… Onu elә-belә dinlәyirdim,
dinlәmәk xatirinә. Elә yaşdaydım ki, mәslәhәt-filan eynimә
deyildi, mәslәhәt verәn adam isә sadәcә çәnәsini yorurdu.
Hәyatda mәqsәd… O axşam hava isti idi, Yelisey çöllәrinin
işıqları elә şövqlә parlayırdı ki, bundan sonra bir daha onları o
şәkildә parlayan görmәdim.
5
Rokruanın mәnzilindәn çıxıb, payi-piyada Kastilyone küçәsindәki
hotelә gәldim. Arvadımın zәng edib-etmәdiyini bilmәk istәyirdim.
Hava soyumuşdu, işıqlar daha yumşaq, eyni zamanda daha şәffaf
tәsir bağışlayırdı – bürkülü duman çәkilib getmişdi. Ancaq günәş
işığıyla dolu bu adamsız küçәlәrdә birdәn-birә bütün varlığımı
sarmış boşluq hissi mәnә dinclik vermirdi. Üstәlik, çinarların
yarpaqlarını oynadan külәk, yarpaqların sükutu pozan xışıltısı…
– Heç kәs zәng elәmәyib, müsyö, – portye dedi vә yenә dә
mәnә bir qırmızı kart uzatdı. – Əgәr Parisdә tәksinizsә…
– Siz bu kartı artıq bir neçә dәfә vermisiniz mәnә …