Page 437 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 437
Èòèðèëìèø äöíéà 437
arvadı idi. Qonurgözlu, çilli arvadı ilә birgә Roje Favar da onlar-
dandı…
O axşam “Akva-di-Selva”nın qoxusundan, Fuke Karmenin
çiynindәn tutduğuna vә Amerika istehsalı olan maşın yüngülcә
yırğalandığına (adama elә gәlir ki, şoseylә getmirsәn, suda üzür-
sәn) görә başım hәrlәnir, ürәyim bulanırdı. Motorun sәsi güclә
eşidilirdi.
– Mәn evә qayıtmalıyam, – sol tәrәfimdә oturan qarasaçlı qız
dillәndi.
– Boş-boş danışma… Bizimlә qalırsan, – Lüdo Fuke dedi.
– Axı mәn işlәyirәm… Sәhәr tezdәn durmalıyam…
– Sәhәr tezdәn durmaq lazım gәlmәyәcәk… Bu gecә yuxusuz
keçinәrsәn… Hәlә gәncsәn, yatmasan da olar…
Hәlә gәncsәn… Hә, onların hamısı bizdәn yaşlı idi. Üstәlik,
“Sәhәr tezdәn durmalıyam” sözlәri bu, üzәn Amerika maşınında
çox qәribә sәslәnirdi. Mәn bu Xeyuordları, Fukelәri vә digәrlәrini
gün işığında tәsәvvür elәyә bilmirdim. Yәqin ki, günәşin ilk
şüalarındaca әriyib, yoxa çıxardılar. Mәsәlәn, bax, bu Lüdo Fuke
gündüzlәr nә işlә mәşğul ola bilәrdi? Yaxud, Jan Terrayr? Vә ya
Mario P.? vә ya Favar? Bәs onun qonurgözlü arvadı? Mәn onları
yalnız gecәlәr görürdüm, sanki onlar xәyalat vә ya kabus idilәr.
Qız әlini mәnim dizimә qoyub, Xeyuorda tәrәf әyildi. Ondan
lavanda qoxusu gәlirdi.
– Mәni Bastiliya vağzalının yanında düşürәrsiniz. Hәlә sonuncu
qatara çata bilәrәm.
– Ona fikir vermә, Filipp, – Fuke dedi. – O, bizimlә qalacaq.
– Hә…hә… O, bizimlә qalacaq. – Karmen mexaniki olaraq
onun dediyini tәkrarladı. Sonra üzünü mәnә tutdu: – Onu dilә
tut, bizimlә qalsın… Yaxşı qızdır, elә deyil? Sәnin xoşuna gәlmir
bәyәm?
Qız mәnә baxıb, çiyinlәrini çәkdi.