Page 439 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 439
Èòèðèëìèø äöíéà 439
sonra Martinaya. Bu üç nәfәrin axşamdan bu yana nә qәdәr
içdiyini tәsәvvür etmәk belә adamı qorxudurdu.
– Mәn artıq getmәliyәm, – qız dedi.
O, telefon aparatının önündә ayaqlarını qatlayıb oturmuş Lüdo
Fukenin qarşısında dayanmışdı. Lüdo әlindәki qәdәhi birqurtuma
boşaltdı.
– Gedirsәn get… Yaxşı yol… Sürüş burdan…
– Sağ ol.
Fikirlәşdim ki, o indicә qalxıb, qızı şillәlәyәcәk. Amma yox.
O, yenidәn telefon nömrәsini yığmağa başladı.
– Sәni әvәzlәyәn qız taparam. Bu, asan mәsәlәdir… Künc-
bucaq sәnin kimilәrlә doludur…
Ancaq artıq qız onu dinlәmirdi. O, arxasını çevirib, çıxışa
doğru gedirdi.
Filipp Xeyuord qonaq otağının o başında, Karmenin uzandığı
divanda oturub, arxasını divara söykәmişdi. Qız dalğın halda
onun saçlarını qarışdırırdı.
– Mәn dә gedirәm, – dedim. – Yorulmuşam…
O, irilәnmiş, kәdәrli gözlәrini üzümә zillәyirdi, ancaq bu
dәqiqәlәrdә ona heç nәylә kömәk elәyә bilmirdim. Heç nәylә. O,
sanki uzandığı yerdә kölgәliyә qәrq olurdu. Bilirdim ki, mәnim
arxamca çölә çıxmaq istәmәyәcәk.
– Elә isә, mәni evdә gözlәyәrsәn, – o mızıldanırdı. – Mәni
gözlә… Eşidirsәnmi… gözlә…
Açarı tapmaq üçün onun döşәmәyә atılmış çantasını eşib-
tökmәli oldum.
Pillәkәnlә aşağıya endiyim yerdә işıqlar söndü. Əlhavasına
qapıya tәrәf getdim vә burada hiss etdim ki, yanımda kimsә var.
Əlimi divara sürtüb, elektrik açarını axtarmağa başladım. Nәhayәt,
tapdım. Qız qapının önündә dayanmışdı. O, mәnә sarı çevrildi.
– Qaranlıq idi… Qapını aça bilmәdim…