Page 444 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 444
Ïàòðèê Ìîäèàíî
Şenevyer körpüsünü keçib, Marna sahili boyu uzanan dar
cığıra düşdük. Burada yaşıla çalan durğun suyun üzәrinә әyilmiş
söyüd ağacları gördük. Çay gәmisi. Çürümәkdә olan pontonlar.
Şәbәkәli hasarlar. Günәşdә qızmış lehmә. Axşamtәrәfi evә
qayıdırdıq. La-Varen sahil küçәsi ilә addımlayırdıq. Qız istәyirdi
ki, onun doğma şәhәrinin gözәlliklәrini layiqincә qiymәtlәndirim.
Villalar. Ağardılmış barılar. Bastiliya vağzalında kurorta getdiyimi
düşünәrkәn sәhv etmәmişdim.
– Siz mәzuniyyәtinizi dә burada keçirirsiniz?
– Hә… Haraya gedәsiyәm ki?.. Çimәrliyimiz dә var.
Sәrnişin platformasına gәzinti qayıqları yan almışdı. Marna
boyu şam ağacından düzәldilmiş ponton körpülәr düzülmüşdü.
Bir az aralıdakı adacıqda, söyüdlәrin arasında turnik, yellәncәklәr,
idman halqaları vә kәndir gözә dәyirdi.
– Haqlısınız… Buradan uzağa getmәyә dәymәz…
Ponton körpücüklәrinә bәnd edilmiş siqnal üzgәclәrindәn
birinin üzәrindә göy hәrflәrlә “La-Varen çay çimәrliyi” yazılmışdı.
Qız düz gözlәrimin içinә baxır:
– İstәyirsәnsә, hoteldәn nömrә götürәk…
Hotel sahildәn xeyli aralıda, iki küçәnin kәsişmәsindә yerlәşir,
çınqıl tökülmüş terrası vә bağında saçaqlı çәtirlәrin altında oxlu
stollar qoyulub. “Pti-Rits” adlanır.
Yuxudaykәn hay-küy eşitdim, ancaq hәlә dә bilmirәm, bu,
telefon zәngiydi, yoxsa başqa bir şey? Bәlkә dә, hәr ikisini
birdәn eşitmişdim. Heç cür gözlәrimi aça bilmirdim. Göz
qapaqlarım qurğuşun kimi ağırlaşmışdı.
Kimsә çiynimdәn tutub, silkәlәdi. Yalnız onda ayıldım. Çapar
Yurel üzәrimә әyilmişdi. Aydın oldu ki, qonaq otağındakı divandaca
yuxuya getmişәm.
– Sizi telefona çağırırlar…