Page 446 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 446
Ïàòðèê Ìîäèàíî
O, qapını üzümә açdı. La-Varendә geydiyi göy donunu
geymişdi. Əynindәki donun vә qara saçlarının rәnglәrinin kontrastı
fonunda onun özü mәnә ağappaq görünürdü. O, әlimdәn tutub,
mәni qonaq otağına gәtirdi. Otaq yalnız Martina Xeyuordun öz
yelpik kolleksiyasını saxladığı iki vitrinin lampaları ilә işıqlanırdı.
– Lüdo… Bu, Lüdodur… Bir bax…
O, divanın arxasındakı vitrinlәrdәn birinin qarşısında yerә
sәrilmişdi. Əynindәki sarı-boz plaşın qaldırılmış yaxalığı üzünün
yarısını tutmuşdu. Gicgahında qan lәkәsi vardı. Plaşın yaxalığı
da qana bulaşmışdı. Plaş nә böyük idi, nә kiçik. Sanki onun
boyuna biçilmişdi.
– Mәn elәdim… Heç bilmirәm necә…
O, yaşlı gözlәrini üzümә zillәyib, dirsәyimi sıxırdı. Ağzı açılı
qalmışdı.
Mәn divanda oturdum, o da gәlib yanımda әylәşdi. Sәdәfli
dәstәyi olan kiçik tapança qarşımızda döşәmәyә atılıb qalmışdı.
Qadın revolveri. Tapançanın zamşadan tünd-qırmızı qoburu bir
az aralıda döşәmәnin üstündәydi. Mәn özümü rahat hiss edirdim,
çoxdandır özümü bu cür rahat hiss etmәmişdim. Qәribәdir, hәlә
dә onun öldüyünә özümü inandıra bilmirdim. Lüdo Fuke… Bu
işıldaquşlar, bu gecә kәpәnәklәri real hәyatdan o qәdәr uzaq
idilәr ki, onların ölümü… Revolveri döşәmәdәn qaldırıb,
düymәlәnәn qoburuna qoydum. Tapançanın qoburundan Martina
Xeyuordun ürәkbulandıran әtirinin qoxusu gәlirdi. Belә çıxır ki,
revolver onunkudur?
Qonaq otağının baş tәrәfindәki vitrinlәrdәn biri sındırılmışdı,
şüşә qırıntıları xalçanın üstünә sәpilmişdi.
– Biz dalaşdıq… Mәn atәş açmasaydım, o, mәni güllәlәyә-
cәkdi… başa düşürsәn?..
Mәn hәr şeyi başa düşürdüm. O, mәnә qısılmışdı, başını aşağı
salıb, tir-tir titrәyirdi. Bilirdim ki, axırda hәr şey mәhz bu cür
qurtaracaq.