Page 422 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 422
Ïàòðèê Ìîäèàíî
– Sizcә buradan keçib gedә bilәrik? – Karmen soruşdu.
– Əlbәttә, madam.
Yurel kolluqları vә hündür otları yara-yara bizә yol açırdı.
Bәzәn bizi hәr tәrәfdәn әhatәyә alan cәngәllikdә buranın xiyaban
olduğunu belә unudurduq. Ancaq bu bakirә meşәlikdә on-on beş
addım irәlilәdikdәn sonra yenidәn xiyabana çıxırdıq. Nәhayәt,
böyük bir tikilinin yanına gәlib çıxdıq, onun yan tәrәflәrindә at
tövlәlәri yerlәşirdi. Tikilinin mәrkәzi hissәsindә saatlı zәng qüllәsi
vardı. Saatın әqrәblәri artıq çoxdandır ki, yalnız altının yarısını
göstәrirdi.
– Açar yaddan çıxıb?
– Yox, madam.
Yurel binanın mәrkәzi hissәsindәki qapını açmağa çalışırdı,
amma aça bilmirdi. Açar qıfılda ilişmişdi.
– Açılmır, madam, paslanıb. İstәyirsinizsә, qapını sındıra
bilәrәm.
– Heyif zәhmәtinizә.
– Eybi yoxdur, madam.
O, bir qәdәr arxaya çәkilib, çiyni ilә qapıya hәmlә etdi – qapı
yerindәn oynayıb, açıldı.
– Görürsünüzmü, madam… Qıfıl atrıq işә yaramır.
Karmenlә mәn evә girdik. Divarları panellә üzlәnmiş geniş
otağı kif iyi basmışdı. Qoxudan adamın nәfәsi tutulurdu. Karmen
pәncәrәlәrdәn birinin taxtasını açdı vә içәriyә düşәn gün işığında
monumental kamin göründü. Kamindәki bir neçә odun parçası
artıq çürümüşdü. Sol divardan çәrçivәyә alınmış şәkil asılmışdı.
Karmen şәkili endirib, cib dәsmalıyla tozunu aldı. Çaparın fotosu
idi, şәklin altından yazılmışdı: “Lüsyen Blenә, patrona. Sәmimi-
qәlbdәn. F. Qobson”. Fred Qobson – Rokrua onun barәsindә çox
danışmışdı – Blen ölәndәn sonra Karmenlә yaşayan hәmin çapar