Page 421 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 421
Èòèðèëìèø äöíéà 421
– Karmen bir yerdә qәrar tutmayan iynәcәdir, – Rokrua deyirdi.
Byutt-Şomondakı kiçik kinoteatrdan vә Yuxarı Savoyadakı
dağ evindәn savayı hәr şey satılıb-sovulmuşdu. Blen ölәndәn
sonra birlikdә yaşadığı çaparın mәslәhәtlәri sayәsindә Karmen
Varavildәki atçılıq tәsәrrüfatını iki-üç il qoruyub-saxlaya bilmişdi.
Ancaq sonra çapar da, atlar da, atçılıq tәsәrrüfatı da – hamısı
әldәn çıxdı. Onun da mәnim kimi pulsuz-parasız, küçәdә qalmaması
üçün Rokrua dәridәn-qabıqdan çıxırdı.
Bir dәfә sәhәr-sәhәr o, mәnә gedib, atçılıq tәsәrrüfatına
baxmağı tәklif etdi. Çox tәәccüblәndim. Axı әmin idim ki,
tәsәrrüfat çoxdan satılıb.
– Niyә ki… tәsәrrüfatın bir hissәsi qalır…
Biz oraya keçmiş çapar Yurelin maşınında getdik. O, öz qara
“freqat”ını elә ehtiyatla sürürdü, elә bil çoxdandır ki, sükan
arxasına keçmәyib. Yurel bu dәfә yumşaq mәxmәr ayaqqabılarını
yox, par-par parıldayan çapar çәkmәlәrini geymişdi. Şәrq şosesi
ilә şәhәrdәn çıxdıq. Versal tәrәflәrdә çinarlığın içi ilә uzanan
yola düşdük vә gәlib, boyası tökülmüş ağac piştağın yanında
dayandıq. Qapı layları zәncirlә bir-birinә bәrkidilmişdi. Layların
birinin üzәrindә qara hәrflәrlә yazılmış, artıq silinib getmәkdә
olan yazı var idi: “Varavil atçılıq tәsәrrüfatı”. Yazının yuxarısında
pas atmış poçt qutusu asılmışdı.
– Orda mәktub ola bilәr, – Karmen quru sәslә dedi. – Yoxla…
Yәqin, sәnә dә maraqlıdır…
O, zarafat etmәyә çalışırdı. Gәrginlik keçirdiyi üzündәn oxu-
nurdu. Görünür, bu qapıların önündә nәdәnsә qorxmuşdu. Yurel
artıq qutunu öz açarı ilә açmışdı.
– Mәktub yoxdur, madam.
Sonra o, zәnciri açıb, qapı laylarından birini ayağıyla itәlәdi.
Gözlәrimiz önündә tikanlı kolluqlar vә alaq otları basmış mәnzәrә
canlandı.